azadses.az » Cəmiyyət » Diqqət: Azərbaycanda avtomobillər bahalaşacaq

Diqqət: Azərbaycanda avtomobillər bahalaşacaq

Dünya üzrə logistika xidmətlərində baş verən qiymət artımı həm dünya, həm də yerli avtomobil bazarı üçün təsirsiz ötüşməyəcək.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bütün dünya üzrə logistika xidmətlərində müəyyən qiymət dəyişikliyi baş verib, bu da birbaşa olaraq daşınan malların qiymətlərinin artımına səbəb olub.

“Beynəlxalq logistikada qiymət artımı varsa, istisna deyil ki, bu, avtomobil bazarına da öz təsirini göstərəcək. Konkret olaraq demək çətindir, yerli bazarda avtomobillərin qiyməti hansı həddə yüksələcək, amma faktiki olaraq dünya üzrə avtomobillərin qiymətində təxminən 2% artım ola bilər. Bu, sırf daşımalara görə baş verə bilər. Hər halda düşünürəm ki, bu amil Azərbaycanın avtomobil bazarına da təsir edə bilər. Çünki Azərbaycana da avtomobillər uzaq ölkələrdən gətirilir. Ona görə də qiymət artımı olarsa, təbii ki, Azərbaycanda da yol xərcinə görə 2%-lik qiymət artımı baş verə bilər”, - deyə E. Cəfərov qeyd edib.

 

Avtomobil satışı ilə məşğul olan iri şirkətlərin hansı çətinliklərlə üzləşdiklərinə gəldikdə, ekspert hesab deyib ki, bu, əsasən bir çox ölkələrdə gömrük rüsumları ilə aksiz vergilərin həddindən artıq yüksək olması ilə əlaqədardır.

 

“Bu gün Avropa ölkələrində, eləcə də Türkiyədə avtomobilin mühərrik həcminə görə alınan vergilər olduqca yüksəkdir. Bu səbəbdən nəhəng avtomobil istehsalçıları istehsal etdikləri avtomobillərin qiymətlərini bu rüsumlara görə artmasının qarşısını almaq üçün müəyyən korrektə işləri aparır. Söhbət avtomobillərin mühərrik həcminin azaldılmasından gedir. Misal üçün 4 000 kubsantimetrlik mühərriklərin həcmi 3 000 kubsantimetrlik həcmində olacaq. İstehsalçılar artıq bu istiqamətdə işlər aparır. Mühərrik həcmi kiçiləcəksə, təbii ki, burada artıq hökumətlər tərəfindən avtomobillərə görə alınan rüsumların da həcmi azaldılacaq, bu isə avtomobilin qiymətinə müsbət təsir edəcək, yəni qiymət azalacaq”, - deyə E. Cəfərov qeyd edib.

 

Ekspertin fikrincə, bu, yaxşı hallardan biridir ki, məhz bu səbəbdən 2021-ci il avtomobil sənayesində və istehlakında böyük dönüm ili olacaq.

 

“Qeyd edim ki, avtomobil mühərriklərinin həcminin kiçilməsi mühərrikin gücünün azalması demək deyil. Həcm kiçilsə belə, müasir texnologiyaların tətbiqi nəticəsində mühərrik olduğu kimi güclü qalacaq, hətta ola bilsin ki gücü daha da artırılsın”, - deyə E. Cəfərov əlavə edib.

 

Ötən il Azərbaycanın avtomobil bazarında baş verən tendensiyalara gəldikdə, E. Cəfərov hesab edir ki, bu, gözləniləndən daha pis oldu: “Düşünürdük ki, avtomobil bazarında azalma müəyyən həddə olacaq. Avtomobil dilerləri demək olar ki, ötən ili ziyanla başa vurub. Bu, birbaşa olaraq pandemiya ilə əlaqədar idi. Eyni zamanda ikinci Vətən müharibəsi başladı ki, bu da gözlənilməz oldu. Azərbaycanın bir çox avtomobil dilerləri bu vəziyyətə hazır deyildi. Ona görə də satışlar kifayət qədər azalıb, avtomobil bazarı kiçilib. Ümid edirik, cari ildən bazar bərpa olunmağa başlayacaq. Burada müəyyən səbəblər var. Onlardan ən əsası dünya ekspertlərinin pandemiyanın bu ilin yazında səngiməsinə dair verdikləri nikbin proqnozlarıdır. Əgər pandemiya səngiyəcəksə, o zaman avtomobil bazarı da dirçələcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı