azadses.az » Cəmiyyət » İnsanları narahat edən postkorona dövrü: İy və dadbilmə nə vaxt bərpa olunacaq?

İnsanları narahat edən postkorona dövrü: İy və dadbilmə nə vaxt bərpa olunacaq?

Pandemiya ilə mübarizədə ciddi tədbirlər görülsə də insanları narahat edən məqamlar qalmaqdadır. Belə ki, insanları koronavirusa yoluxmaqdan daha çox postkorona dövrü narahat edir.

COVID-19 infeksiyasına yoluxanlar arasında iybilmə və dadbilmənin itməsi artıb. Elə xəstələr var ki, iybilməsi 20 günə bərpa olur, eləsi var ki, 3 aya, hətta səkkiz aya qədər bərpa olmur. Bu da insanlarda ciddi narahatlıq, panika yaradır.

Eyni zamanda iybilməni itirən insanlarda yaranan iştahasızlıq normal qidalanmanın pozulmasına gətirib çıxarır ki, bu zaman da orqanizm zəifləyə bilər.

Bəs koronavirusdan sonra itirilmiş iybilmə və dadbilmə necə bərpa olunur?

Oxu.Az-ın suallarını Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin həkimi həkim Racu Nəbiyev cavablandırıb.
O bildirib ki, COVID-19 infeksiyasının xarakterik əlamətlərindən biri iybilmənin və dadbilmənin itirilməsidir:

“Bəzi xəstələr üçün bu, çox ciddi psixoloji nəticələrə səbəb ola bilər. Buna görə də, koronavirusdan sonra qoxu və dadbilmə hissini bərpa etmək xəstənin əvvəlki həyatına qayıtması üçün vacib şərtlərdən biridir. Qoxu və iybilmə hissinin yoxa çıxması adi soyuqdəymə kimi digər yoluxucu respirator xəstəliklər zamanı da müşahidə oluna bilər. Buna görə mütəxəssislər müayinə və müalicənin təyin edilməsində qızdırma və öskürək kimi simptomlara diqqət yetirməyi tövsiyə edirlər. COVID-19-a yoluxma zamanı dad və iybilmə hisslərinin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib. Yoluxma zamanı maddələri qəbul edən həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.

Adətən koronavirusa yoluxanlarda xəstəliyin lap əvvəlində iybilmə və dadbilmə hissləri itir, amma iki həftə sonra hər şey bərpa olunur. Ancaq bəzi insanların hətta sağaldıqdan bir neçə ay sonra da bu pozuntulardan əziyyət çəkməsi hallarına rast gəlinir. Çox vaxt iy bə dadbilmə xəstəliyin 4-6-cı günündə meydana çıxır. Postvirus dövründə iy və dadbilmənin bərpa olmaması COVİD-19-a yoluxmuş xəstələrin 65-70%-i üçün xarakterikdir. Bu hisslərin hər ikisi digər əlamətlərdən də əvvəl özünü göstərərək, bəzən xəstəlikdən sağaldıqdan sonra qayıdır”.

Həkim onu da qeyd edib ki, bəzən iybilmənin itməsi koronavirusla bağlı yeganə əlamət ola bilir:

“Daha ağır xəstələrdə iybilmə itməklə burun tutulur, qızdırma qalxır və tənəffüs yollarında quruluq meydana gəlir. Quru öskürək və hipotermiya (39-40 dərəcəyə qədər) yaranır, xəstə baş ağrısından, zəiflikdən şikayət edir, nəhayət, dadbilmə də tam itir”.

“Sağaldıqdan sonra iy və dadbilmə bərpa olunmazsa, necə bərpa edilməlidir?” sualını cavablandıran həkim bildirib ki, nadir hallarda sonradan düzəlməyən fəsadlar da yarana bilir:

“Qoxuları tanımaq və qidaların dadını bilmək sağalmanın ən gözəl əlamətidir. İy və dadbilmənin bərpası müddəti xəstəliyin 8-14-cü günləri ilə 1-3 ayı müddətinə qədər çəkə bilər. Çox təəssüf ki, nadir hallarda sonradan düzəlməyən fəsadlar da yarana bilir. Bu cür vəziyyəti burunətrafı tağların anamnezlərində xroniki patologiyaların mövcudluğu ilə, bir sıra nevroloji xəstəliklərin olması ilə, travmalarla və beyində hər hansı cərrahi əməliyyatın həyata keçirilməsi ilə əlaqələndirirlər.

Koronavirusdan tam sağaldıqdan sonra iy və dadbilmənin bərpa olunması prosesini sürətləndirmək, vəziyyəti yüngülləşdirmək üçün burun boşluğunda iltihabı dayandırmağa yönəlmiş simptomatik terapiya tövsiyə olunur. Bunu etmək üçün burnu duzlu su ilə yuyun, həmçinin damarları yığan, iltihab əleyhinə və ya hormonal intranazal spreylərdən istifadə edin. Əlbəttə ki, bu dərmanları istifadə etməzdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin.

Dad və iybilmə funksiyasını bərpa etmək üçün qidaya təbii dad və qoxu gücləndiriciləri əlavə etmək olar. Bu prosedur qoxu reseptorlarını aktivləşdirmək üçün istifadə olunur. Ən azı 5 güclü ətir (bunlar qəhvə, sarımsaq, nanə, aromatik yağlar, vanil, sitrus və s. ola bilər) seçməli və hər bir tərkib hissəsini gündə ən azı 2 dəfə 10-20 saniyə qoxulamalısınız. Və ən əsası panikaya düşməyin: yadda saxlayın ki, koronavirusdan sonra dad və qoxu reseptorlarının işinin bərpasının uğuru köməkçi müalicənin keyfiyyətindən asılıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?