azadses.az » Cəmiyyət » Azərbaycanda evdən çıxmaq qadağan olunacaq, iş yerləri bağlanacaq, əgər... - ŞOK AÇIQLAMA

Azərbaycanda evdən çıxmaq qadağan olunacaq, iş yerləri bağlanacaq, əgər... - ŞOK AÇIQLAMA

"Koronavirus dünyanı narahat edən bir nömrəli məsələ olaraq qalmaqdadır. Dünya ölkələri zaman-zaman sərtləşdirici tədbirlər tətbiq edir və koronavirus infeksiyası ilə mübarizədə hər hansı nəticə əldə etməyə çalışır. COVID-19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilməsindən 10 aya yaxın bir zaman keçməsinə baxmayaraq, dünya səhiyyəsi bu virus qarşısında hələ ki acizdir".
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, bir çox ölkələr koronavirusa qarşı peyvənd tapdığını açıqlasa da, ümumi dövriyyəyə buraxılacaq və uzunmüddətli immunitetə hesablanmış vaksin hələ də ortada yoxdur: "Həm də COVID-19-a qarşı mübarizədə sübut olunmuş konkret təsiri olan müalicəvi dərman preparatının olmaması ümumi işi çətinləşdirib. Təəssüf ki, koronavirus infeksiyası son günlər ölkəmizdə də böyük sürətlə yayılır.
Ordumuzun Vətən müharibəsindəki qələbəsi COVID-19-u ikinci plana çəkdi. Qələbə günlərində kütləvi tədbirlərin təşkil olunması, yas mərasimlərindəki kütləvilik və insanların qoruyucu vasitələrdən düzgün istifadə etməməsi koronavirus infeksiyasına yoluxmanın yenidən çoxalmasına imkan yaratdı. Son 15 günün dinamikasına diqqət yetirsək, gündəlik yoluxanların sayının 2000-dən 4200-ə qədər artdığını müşahidə edirik. Bu xəstəlikdən gündəlik ölüm sayı da 40 nəfərə çatmaqdadır. Ümumi aktiv xəstələrin sayı isə 43 158 nəfərə çatıb ki, bu da həyəcan təbilini çalmağı zəruri edib. Ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış çarpayı sayına diqqət yetirsək, yoluxmaların dinamikası belə davam edəcəyi təqdirdə səhiyyəmizin bu gözəgörünməz düşmən qarşısında aciz qalacağını demək heç də çətin deyil".
Deputat qeyd edib ki, bunun baş verməməsi üçün birinci növbədə hamının hər yerdə tibbi maskadan istifadə etməsi zəruridir: "Sosial məsafə və dezinfeksiya vasitələrindən effektiv istifadə etməklə bu artım dinamikasını azaltmaq mümkündür. Əks halda hökumət yenidən sərtləşdirici tədbirləri tətbiq etməyə məcbur olacaq. Sərtləşdirici tədbirlər deyiləndə evdən çıxmaq qadağası, iş yerlərinin müvəqqəti bağlanması və digər qadağalardır ki, bu da insanlara müəyyən psixoloji və maddi çətinliklər yaradır. Koronavirus infeksiyasına yoluxmalarda yenidən kəskin artım olacağı təqdirdə qeyd etdiyim qadağaların tətbiqi qaçılmaz olacaq. Bunun baş verməməsi üçün bütün insanlar özlərini daha məsuliyyətli aparmalı, həmrəylik göstərməli, hamılıqla hər yerdə bu mübarizəyə qoşulmalı və dövlətə effektiv nəticələrin əldə olunmasına dəstək göstərməlidir. "Biz birlikdə güclüyük" şüarı bu gün həmişəkindən daha çox aktualdır və bu mübarizədə böyük birlik nümayiş etdirəcəyimiz təqdirdə qalib gələ bilərik".

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı