azadses.az » Cəmiyyət » Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar

Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar

Məlumdur ki, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir.

“Azad Səs” xəbər verir ki, “Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış nevroloqu, neyrofizioloqu Aleksandr Budik iybilmə və dadbilmə hisslərinin qısa zamanda bərpası üsullarından danışıb.

Onun sözlərinə görə, COVID-19-a yoluxma zamanı dad və iybilmə hisslərinin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib. Güman olunur ki, yoluxma zamanı ağız suyunun tərkibi pozulur, buna görə dadverici maddələr daha sürətli dağılaraq dadverici reseptorlara çata bilmir. Başqa nəzəriyyəyə görə, reseptorlar özləri zədələnir, təkcə dad yox, həm də iybilmə hissi itir.

Həkimin sözlərinə görə, yoluxma zamanı maddələri qəbul edən həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.

Adətən koronavirusa yoluxanlarda xəstəliyin lap əvvəlində qoxubilmə və dadbilmə hissləri itir, amma iki həftə sonra hər şey bərpa olunur. Ancaq bəzi insanların hətta sağalmadan aylar sonra da bu pozuntulardan əziyyət çəkməsi hallarına tez-tez rast gəlinir.

Aleksandr Budik iybilmə və dadbilmə hisslərini geri qaytarmaq üçün xüsusi təlimi məsləhət görür. Onun sözlərinə görə, hər gün bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bunlar güclü ətirlər olmalıdır. Qərənfilin, sarımsağın, darçının iylənilməsi lazımi orqanları fəal işləməyə məcbur edəcək.

"Orqanizm diqqəti işə fəal cəlb olunan orqana yönəltməyə başlayır və bütün resurslar həmin orqanın işini daha sürətlə bərpa etməsinə yönəlir. Əlavə terapiya kimi buruna A vitamini məhlulunu damcılatmaq, bir həftə ərzində “Omeqa-3”dən istifadə etmək olar", - deyə Budik tövsiyə edib.

Report
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yeniyetmə qız yol qəzasında xəsarət alıb
  2. Hacıqabulda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
  3. Qusar rayonunda avtomobil 7 yaşlı piyadanı vuraraq öldürüb
  4. Binəqədidə avtomobillər toqquşub, yaralanan var
  5. Bakıda avtomobil 39 yaşlı qadını vuraraq ağır xəsarət yetirib
  6. Hindarx qəsəbəsində bacısını öldürməkdə şübhəli bilinən qardaş saxlanılıb
  7. Bakıda yol qəzası olub, xəsarət alan var
  8. Bakıda avtomobil 57 yaşlı qadını vurub
  9. Bakıda motosikletçini avtomobil vuraraq xəsarət yetirib
  10. Yasamal rayonunda 48 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək
Bu gün 36 minə yaxın abituriyent I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. DİM-dən Ətraflı
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. “Report”un Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib