Şeyxin deputat qardaşı sürücüsünü cəzalandırdı: “Facebook”a görə
- 25-10-2021, 21:17
- Cəmiyyət
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadənin şəxsi “Facebook” hesabında yazdığı statusdakı qrammatik səhvlər sosial şəbəkə istifadəçilərinin məzəmmətinə səbəb olub.
Deputat Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qismində iştirak edib və paylaşımı da bu mövzuda olub.
“Rupor”un əməkdaşı Cavanşir Paşazadənin köməkçisi Sulduz Ağayevlə əlaqə saxlayaraq, məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışıb.
Sulduz Ağayev belə deyib:
“O statusu Cavanşir müəllimin sürücüsü Camal yazıb. Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Burada nə deputatın, nə də köməkçinin rolu var. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür”.