Ülvi Quliyev: “Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi”
- 22-08-2020, 14:32
- Siyasət
“Dünən sosial şəbəkələrdəki paylaşımlar rekord qırırdı. Səbəbi isə o idi ki, yüksək vəzifəli və rəsmi statusu olan şəxslər toy məclislərinin qadağan edildiyi karantin dövründə təmtəraqlı toy məclisində iştirak ediblər. Tədbirdən çəkilən video-materiallar, təbii ki, insanların diqqətindən yayınmayıb. AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin, sabiq deputat həmkarımız İlham Əliyevin övladının toy məclisindən yayılan videokadrlar xüsusi ictimai narazılıqla qarşılandı”.
Bunu Unikal.org-a açıqlamasında deputat Ülvi Quliyev deyib.
“Karantinlə bağlı Azərbaycan Hökumətinin müəyyən etdiyi qaydalar var və onlar qüvvədədir. Bu qaydalara görə toy və yas mərasimlərinin, kütləvi tədbirlərin keçirilməsi əhalinin sağlamlığı naminə müvəqqəti də olsa qadağan edilib. Bu qadağalara əməl etmək, kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Ola bilməz ki, sıravi vətəndaşdan bunu tələb edəsən, əməl etməyəni cəzalandırasan, vəzifəsi və imtiyazı olan şəxsə isə güzəştə gedəsən.
Sosial ədalət, hamının qanun qarşısında bərabərliyi deyilən prinsiplər var. Əgər kimsə dünənki, bugünkü statusundan istifadə edib bu prinsiplərə kölgə salırsa, dövlətə və hakimiyyətə qarşı münasibətdə vətəndaşlara inamsızlıq və etibarsızlıq hissini aşılayırsa, belələri həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşımalıdırlar. Klassiklərin bir deyimi var: cinayət var cəza yoxdur, cəza var cinayət yoxdursa, bu mizan-tərəzinin pozulması deməkdir. Belə ab-havanı cəmiyyətimizdə formalaşdırmağa çalışanlar mütləq sərt ictimai qınaqla üzləşirlər və üzləşəcəklər, qanun da öz yerində”.
“Keçmiş deputat həmkarım, akademik Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi, toy mərasimini siyasi tədbirə çevirmək təsirini bağışlayırdı.
Azərbaycan dövləti qarşısında kimin nə kimi xidmətlərinin olduğunu cənab Prezident bilə bilər, qiyməti isə xalq verər. Abel müəllimin nə Prezidentin adından qiymət vermək, nə də xalqın adından danışmaq səlahiyyəti var.
Həmkarım S.Novruzovun həmin toy məclisində iştirakına, bununla bağlı sonradan sosial mediada verdiyi açıqlamalara isə təəssüf edirəm.
Azərbaycan dövlətinə, onun Qanunlarına, dövlətimizi təmsil edən Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətə bilərəkdən yaxud bilməyərəkdən kölgə salan, hakimiyyətə qarşı vətəndaşlarda etimadsızlıq yaradan hərəkətlər ictimai qınağa, hüquqi qiymətə məhkumdur. Başqa cür olmayacaq!”, - deyə millət vəkili bildirib.