Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızıb
Bu barədə “Business Insider” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ən çox ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadan olan “Facebook” istifadəçiləri zərər çəkib.
Buraya sosial şəbəkə istifadəçilərinin adları, yaşadığı ünvan, doğum tarixləri və digər məlumatlar daxildir.
Mənbə yazır ki, “Facebook” rəhbərliyi məsələ ilə əlaqədar göndərilən sorğuya cavab verməyib.