Ucarda təcili yardım avtomobili piyadanı vurub öldürdü
- 14-11-2020, 09:11
- Hadisə
Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1983-ci il təvəllüdlü Anar İsmayıl oğlu Əliyev idarə etdiyi təcili tibbi yardım avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-ci il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub.
S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.