Главная > Cəmiyyət / Manset > Qazaxda arıçı arı sancmasından öldü

Qazaxda arıçı arı sancmasından öldü


25-04-2021, 09:00. Разместил: azadses
Qazax rayonunda arı yerli sakinin ölümünə səbəb olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cəfərli kəndində, “Bayram bulağı” deyilən ərazidə baş verib.
Belə ki, arının sancmasından sonra halı pisləşən Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Tahir Qocayev xəstəxanaya aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, T.Qocayev həmin ərazidə arıcılıqla məşğul olub.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад