“Azəriqaz” hazırlıqlardan danışdı: “Təsəvvür edin, su xəttini qaz xəttinə qoşublar...”
- 23-02-2021, 15:15
- Cəmiyyət
“Kəskin hava şəraitində qaz təchizatı ilə bağlı problemin yaranmaması üçün bütün qüvvələrimizi prioritet olaraq müvafiq istiqamətə cəlb edəcəyik. Həmçinin qaza böyük həcmdə tələbat yaranarsa, buna cavab verməyə çalışacağıq”.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov fevral ayının 24-dən etibarən hava şəraitinin kəskin dəyişməsi ilə bağlı qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verərkən deyib.
“Əslində əvvəlcədən qaza tələbatın nə qədər olacağını demək çətindir. Lakin fevral ayının 17-dən 22-nə qədər artımın olduğu müşahidə olunub. Buna baxmayaraq, hətta fevral ayının 21-i havanın mülayim olmasına baxmayaraq ən çox artım da elə həmin gün qeydə alınıb. Havanın kəskin keçəcəyi günlərdə qaza tələbatın nə qədər olduğunu bu günləri başa vurduqdan sonra hesabat şəklində təqdim edəcəyik”, - deyə Ceyhun Səfərov bildirib.
O əlavə edib ki, bu günlər ərzində qaz təchizatı dayandırılmayacaq, lakin Bakı şəhərində böyük təmir prosesləri gedən ərazilər var:
“Hava şəraiti imkan verməyəcəksə, ümumiyyətlə həmin təmir işləri aparılmayacaq. Müəyyən işlərin görülməsi qaz təchizatının dayandırılmasına səbəb olacaqsa, biz həmin işləri müvəqqəti olaraq dayandıraraq başqa vaxta keçirəcəyik.
Bundan başqa qəza halları da yarana bilər. Kiminsə sayğacında qaz sızması ola bilər. Bu təhlükəli haldır. Orada qaz təchizatı dayandırılmalıdır. Məsələn dünən axşam saatlarında yaşayış binalarının birində səhvən su xəttini qaz xəttinə qoşmuşdular. Təsəvvür edin, qaz xətlərindən su gəlirdi. Əməkdaşlarımız gecə saatlarına qədər orada səylə çalışdı ki, təmir işləri növbəti günə qədər uzanmasın. Bu cür qəza hallarını heç kim təxmin edə bilməz. Gördüyünüz kimi bir abonentin səhvi bütün binanı qazsız qoya bilir.
Bu gün şimal rayonlarından birində qaz xətti zədələnib. Rəhbərlik tərəfindən göstəriş verildi ki, dərhal onun texniki baxımdan bərpası aparılsın. İşlər isə cəmi 4-5 saat vaxt apardı. Biz problemi maksimum həll etməyə çalışdıq”.
Qurumun mətbuat katibi qeyd edib ki, sayğac əvəzlənmələri tədbirlər planına uyğun həyata keçirilir:
“Bu il 500 mindən çox sayğac açılaraq dövlət yoxlanışına təqdim olunmalıdır. Ötən il isə 480 min sayğac dövlət yoxlanışına aparılaraq əvəzləndi. Sayğacların əvəzlənməsi prosesi adətən soyuq günlərdə kütləvi şəkildə həyata keçirilmir. Çünki, əsas qüvvələr qəza hadisələrinə və qaz təchizatında problemlərin yaranmaması üçün cəlb olunur”.