Qaz sayğacları ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR - İSTƏDİYİNİZİ SEÇƏ BİLƏRSİNİZ!
- 5-02-2021, 15:54
- Cəmiyyət
“Azəriqaz” İstehsalat Birliyinin (İB) sayğacları dəyişdirməsi insanlarda narahatçılıqa səbəb olub. Hətta qəbzlərdə qiymətlərin gizli şəkildə dəyişdirilməsi kimi iddialar səsləndirilib.
Bununla bağlı Redaktor.az-a açıqlama verən "Azəriqaz" İB-nın Mətbuat katibi Ceyhun Səfərov bildirib ki, yoxlanılan sayğaclarla bağlı rəylərdə artıq sərfiyyatın qeydə alınması aşkarlanmayıb:
“Sayğacların 5 ildən bir dövlət yoxlanışına əsasən əhali abonenti üçün dəyişdirilməsi nəzərdə tutulub. Ötən il smart kart tipli sayğacların sayını dayandırma dərəcəsinə qədər azaltmışdıq. Quraşdırılmanı həyata keçirərkən abonentləri razı salmaq və bu söz-söhbətlərii aradan qaldırmaq üçün onların istəkləri soruşulacaq. Hansı növ sayğacı istəsələr, o da quraşdırılacaq”.
Ceyhun Səfərov qeyd edib ki, “Azəriqaz” İB-nin Metrologiya departamentində 2-ci və 4-cü günlər açıq qapı günləridir.
“Sərfiyyatdan şikayət edən hər kəs sayğacının yoxlanılmasında iştirak edə bilər. Bizdən əlavə Energetika Nazirliyinin və Metrologiya İnstitunun nümayəndələri də yoxlamada iştirak edib, yekun pratokola imza atırlar".