azadses.az » Cəmiyyət » “Sanki yeyinti üçün yeni bir yer axtarırlar” – “Azəriqaz”ın yeni sayğac sevdasının gizlinləri...

“Sanki yeyinti üçün yeni bir yer axtarırlar” – “Azəriqaz”ın yeni sayğac sevdasının gizlinləri...

Tahir Kərimli: “Vətəndaşların xərcə salınmasının əleyhinəyəm və bunu qətiyyətlə pisləyirəm”

“Azəriqaz” fevral ayının 1-dən etibarən Almaniya istehsalı olan yeni növ “Zenner” markalı sayğacların quraşdırılmasına başlayıb. Bu məqsədlə ölkəyə 30 min ədəd yeni sayğac da gətirilib. Lakin quraşdırılan yeni sayğaclardan insanlar o qədər də razı görünmürlər. Sayğacların sərfiyyatdan artıq borc yazması ilə bağlı iddialar da səsləndirilir.

Bəs, görəsən, külli miqdarda vəsait xərcləyərək yeni sayğacların alınması hansı zərurətdən irəli gəlib? Ümumiyyətlə, indiki şəraitdə normal işləyən sayğacların yenisi ilə əvəzlənməsinə nə ehtiyac var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Tahir Kərimli mövcud sayğacların köhnəlmədiyini və sıradan çıxmadığını deyib: “İddia olunur ki, yeni sayğaclar vətəndaşların öz hesablarına quraşdırılmalıdır. Amma bu işlər “Azəriqaz”ın hesabına aparılmalıdır. Hesab edirəm ki, bütün sayğacların yenisi ilə əvəzlənməsinə ehtiyac yoxdur. Yalnız yararsız halda olan sayğaclar dəyişdirilə bilər, bu isə vətəndaşın deyil, dövlətin vəsaiti hesabına həyata keçirilməlidir. Vətəndaşların xərcə salınmasının əleyhinəyəm və bunu qətiyyətlə pisləyirəm. Birmənalı olaraq hər kəs sosial şəbəkələrdə bu sayğacların normadan artıq pul yazdığını deyir. Belə olan halda insanları narazı salmağa ehtiyac yoxdur”.

Əkrəm Həsənov: ““Azəriqaz” indiyə qədər sayğaclaşmanın normal əsaslandırılmasını ictimaiyyətə çatdırmayıb”

İqtisadçı Əkrəm Həsənov isə deyir ki, hər bir dövlət qurumu öz fəaliyyətini əsaslandırmalıdır: “Birinci iradım odur ki,  “Azəriqaz” indiyə qədər sayğaclaşmanın normal əsaslandırılmasını ictimaiyyətə çatdırmayıb. Bu yeni sayğaca ehtiyacın nədən yarandığı haqda əsaslandırma aparılmayıb. İkinci məqam ondan ibarətdir ki, bəzi insanlar yeni sayğacların sərfiyyatdan artıq yazdığını iddia edirlər. Bunun nə dərəcədə real olduğunu demək çətindir. Hər bir halda bu məsələyə aidiyyatı qurumlar istehlakçıların hüquqlarının müdafiəsi baxımından qiymət verməlidir. Həqiqətən iddialar doğrudursa, o zaman artıq ödənişlər vətəndaşlara geri qaytarılmalıdır. İndiki məqamda insanları belə məsələlərlə qıcıqlandırmaq doğru deyil”.

Natiq Cəfərli: ““İnsanda belə bir təsəvvür yaranır ki, sanki yeyinti üçün yeni bir yer axtarırlar”

İqtisadçı ekspert Natiq Cəfərli isə yeni sayğacların quraşdırılması ilə bağlı ciddi narazılıqların mövcud olduğunu deyib: “İnsanda belə bir təsəvvür yaranır ki, sanki yeyinti üçün yeni bir yer axtarırlar. Narazı olan insanlar qrup şəkilində məhkəmələrə müraciət etməli və sərfiyyatla bağlı problemlərin olduğunu bildirməlidirlər. Heç olmasa məhkəmə araşdırması zamanı “Azəriqaz”ın nümayəndəsi gəlib izahat versin. Əgər heç bir texniki əsası yoxdursa, o zaman sayğacların dəyişdirilməsi büdcə vəsaitinin növbəti izafi xərcidir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı