“Ötən ilin sonuna ölkə üzrə qazlaşma səviyyəsi 96,2 fazidir”. Bunu Modern.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəsisi Ceyhun Səfərov bildirib.
C.Səfərov qeyd edib ki, işğaldan azad olunmuş ərazilər hesabata daxil deyil:
“Bu rəqəmlərdə işğaldan azad edilmiş ərazilər istisnadır. Dövlət başçısı da öz çıxışında qazlaşmadan danışarkən, həmin əraziləri istisna edib. Çünki biz bölgədə qazlaşma işləri aparmamışıq və qaz vermədiyimiz ərazini qazlaşma hesabatına daxil edə bilmərik”.
“Azəriqaz” ölkə üzrə qazlaşmanın səviyyəsini AÇIQLADI
- 15-02-2021, 14:05
- Cəmiyyət