Hava yenidən KƏSKİN PİSLƏŞİR: 22 fevraladək... - Umayra Tağıyevadan XƏBƏRDARLIQ
- 18-02-2021, 14:47
- Cəmiyyət
Yaxın günlərdə havanın temperaturu tədricən 3-4 dərəcə yüksələcək. Lakin fevralın 21-dən ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, peyk məlumatlarına əsasən, Aralıq dənizi üzərində yeni siklon yaranmaqdadır. Həmin bu siklonun fevralın 20-də günün ikinci yarısında yaxınlaşması proqnozlaşdırılır:
"Buna görə də fevralın 21-də və fevralın 22-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Respublikanın əsasən, dağlıq və dağətəyi bölgələrində yağıntılar qar şəklində olacaq. Bakıda isə yağıntı, əsasən, yağış şəklində olacaq".