Azad Rəhimovdan xəbər var
- 16-02-2021, 13:29
- Cəmiyyət
Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun müalicəsi ABŞ-da davam etdirilir.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Səmayə Məmmədova nazirin son durumu haqqında danışarkən deyib.
O, nazirlə hər gün əlaqə saxladığını qeyd edib.
"Cənab nazir müalicəsini davam etdirir, nə vaxt gələcəyi haqqında heç bir məlumatımız yoxdur. Gündəlik olaraq hər bir mövzu ilə bağlı naziri məlumatlandırıram, suallarım olduğu halda ona müraciət edirəm və onun tapşırıqları olduqda bizə ünvanlayır", - Səmayə Məmmədova deyib.
Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl onkoloji xəstəliklə əlaqədar ABŞ-dakı klinikalardan birinə yerləşdirilib.