azadses.az » Cəmiyyət » Erməni silahlılarının Qarabağdan çıxarılması prosesi gedir - Deputat AÇIQLADI

Erməni silahlılarının Qarabağdan çıxarılması prosesi gedir - Deputat AÇIQLADI

"Bu gün noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, müharibələr tarixində cəmi 44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək və belə mürəkkəb bir problemə sadəcə bəyanat vasitəsilə son qoymaq görünməmiş hadisədir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı: "Beləliklə nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi. Elə üçtərəfli bəyanatda öz əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir və bu proses sürətlə davam edir. Ən kritik və çətin mərhələ artıq arxada qalıb. Bu, noyabr ayının 10-dan sonrakı 20 gündə Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması idi ki, vaxtında yerinə yetirildi. Yəni 20 gün müddətində, dekabr ayının 1-nə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının geridə qalan təqribən yarı hissəsini də azad etdi".

Millət vəkili qeyd edib ki, ikinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası məsələsi idi ki, bu da artıq həyata keçirilməkdədir və əlavə razılaşmalarda öz əksini tapıb:

"Üçüncü Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması idi ki, bu da artıq baş tutub. Hazırda isə erməni icması içərisində olan silahlıların və terroristlərin təmizlənməsi, Ermənistana aid olan silahlıların erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi buna ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də davam edəcək. Hazırda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu da təmin ediləcək. Önümüzdəki mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində fəaliyyət başlayacaq. Görünən mənzərə odur ki, hər şey Azərbaycanın nəzarəti altındadır və kiçik insidentlər istisna olmaqla üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”