azadses.az » Siyasət » Deputat: “Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirdi"

Deputat: “Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirdi"

“44 günlük müharibə Azərbaycanın qəti və tam qələbəsi ilə başa çatıb. Ermənistan məğlubiyyət aktına qol çəkib və əldə olunan üçtərəfli razılaşmaya əsasən, təsdiq edilmiş qrafikə uyğun olaraq, Azərbaycan ərazilərindən hərbi birləşmələrini və qeyri-qanuni məskunlaşdırılmış sakinlərini geri qaytarır”.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib:
“Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirərək Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb. Bu, hər şeydən öncə məsələnin həllində yaranmış texniki problemlər və real vəziyyətlə əlaqədardır. Çünki Kəlbəcər-Basarkeçər (Vardenis) yolunun yükgötürmə qabiliyyəti məhduddur və torpaqlarımızdan çıxmaq məcburiyyətində qalan düşmənlərimizin əvvəlcə razılaşdırılan müddətdə ərazilərimizi tərk etməsini mümkün etmir. Belə olan halda bizim iki yolumuz var idi. Ya düşmənlərimizin və işğalçı erməni ordusunun məğlub əsgərlərininin qalanlarının ərazilərimizi tərk etmələri üçün əlavə vaxt verməli idik, ya da müzəffər ordu birliklərimiz vasitəsilə yolu bağlamalıydıq. Bizim məqsədimiz düşmən qüvvələrini ölkəmizi tərk etməyə məcbur etmək olduğu üçün onlara bir qədər daha vaxt verdik. Əks təqdirdə, ya onları məhv etməli, ya da girov saxlamalı idik ki, bu da Azərbaycanın məqsədləri içərisində deyildi. Çünki Azərbaycan məsuliyyətli dövlətdir və böyük qalibiyyət əldə edib. Bu qalibiyyətə humanitar kontekstə kölgə salmaq və beləliklə də, informasiya müharibəsində ermənilər və onların havadarlarına əleyhimizə arqumentlər vermək bizim maraqlarımıza zidd idi”.
Deputat bildirib ki, müharibə döyüş meydanında başa çatsa da, diplomatik, informativ və siyasi müstəvidə hələ də davam edir: “Hər kəsə aydındır ki, Birinci Qarabağ savaşında erməni vandalları və terrorçuları bizim dinc sakinlərimizə qarşı əsl terrorçu kimi davranaraq onlara qarşı ən alçaq addımlar atıb, cəmi 10 saat ərzində öz doğma yurdlarından çıxmaları üçün tələb qoymuşdular. Biz bunu əsla unutmadıq və unutmağa da haqqımız yoxdur. İknici Qarbağ müharibəsində bizə qarşı törədilən bütün cinayətlərin, o cümlədən Kəlbəcərdə törədilən cinayətlərin hamısının qisasını döyüş meydanında artıqlaması ilə almışıq. Düşmənə qan uddurduq. Döyüş meydanında və diplomatiyada elə dərs verdik ki, tarix boyu unudulmayacaq. Hazırda siyasi, diplomatik müstəvidə müharibə davam etməkdədir. Azərbaycan diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edir ki, bu uğurlar təkcə ölkəmizin statusunu deyil, bütövlükdə regionumuzun geostrateji mənzərəsini kardinal şəkildə dəyişir. Bu, bizim tarixi zəfərimiz, tarixi uğurumuz, ermənilərin isə sözün əsl mənasında tarixi məğlubiyyətləridir. Ona görə də hazırda regionda yaratdığımız yeni geosiyasi reallığı düzgün oxumalı, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?