"Artıq yeni reallıqlar var" - Cavid Osmanov
- 3-12-2020, 12:21
- Siyasət
"44 gün davam edən Vətən Müharibəsi və məlum 10 noyabr tarixli bəyanatla tanışıq. Artıq cənab prezident sərəncamla dünən bu tarixi Zəfər Günü elan etdi".
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub: "Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın olmaqla, 3 rayon da döyüşsüz qaytarıldı. 1 dekabrdan sonra müharibə dövrü geridə qaldı. Mən düşünürəm ki, münaqişə tamamilə başa çatdı. Cənab prezidentimiz də bunu qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Gələcək illərdə yəqin ki, bu söz eşidilməyəcək. Tarixdən danışanda bu məsələyə toxunulacaqdır. Azərbaycan Vətən Müharibəsindən sonra imzalanan bəyanata uyğun olaraq, təkrar edirəm ki, öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Cənab prezidentin dediyi kimi bu, hərbi-siyasi yolla tənzimlənir. Hərbi mərhələ geridə qaldı. Artıq dimplomatik mərhələ başlayır. Danışıqlar prosesinin əsas mövzusu iki icmanın mərhələli yerləşdirilməsinin həyata keçirilməsi olacaq. Ən vacib məqam budur. Bu, BMT-nin qaçqınlarla bağlı Ali Komisarlığının köməyi ilə həyata keçiriləcək. 1 dekabrdan sonrakı mərhələ sülh və əmin-amanlıq dönəmidir".
Cavid Osmanov həmçinin dəhlizlər məsələsinə də toxunub: "Naxçıvanla dəhlizin açılması, qardaş Türkiyə ilə quru yolun açılması həm də bölgə ölkələrinin kommunikasiya əlaqələri üçün vacibdir. Laçın dəhlizi ilə bağlı da cənab prezidentin çıxışında vurğulandı ki, 30 kilometrlik, sonra 10 kilometrlik dəhliz təklif olunsa da, biz bunun 5 kilometr olmasına razılaşdıq. Buranı bəyanatda göstərildiyi kimi Rusiya sülhməramlıları qoruyacaq. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi, post-müharibə dövrü başlayıb. Artıq yeni reallıqlar var. Bu reallığı da cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycan yaratdı".
Deputat Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı narahatlığa əsas olmadığını bildirib. Cavid Osmanovun sözlərinə görə, diplomatik mərhələ elə bu torpaqların taleyi ilə bağlıdır: "Burada heç bir narahatlığa ehtiyac yoxdur. Beynəlxalq səviyyədə qəbul olunmuş Azərbaycan əraziləridir. Buralar daim Azərbaycanın ərazisi olub. İndi də Azərbaycanındır. Bəyanata uyğun olaraq, bu ərazilərə hər hansı xüsusi status verilməyəcək. Sadəcə bir az vaxt lazımdır. Mərhələli şəkildə burada yaşayan iki icmanın sülh şəraitində birgəyaşayış çərçivəsində mövcudluğunu təmin etmək üçün. Bu torpaqlarda da Azərbaycan qanunları işləyəcək və inşallah ki, gələcək illərdə də Azərbaycan bayrağı dalğalanacaq".