Könül Nurullayeva: “Azərbaycanın humanist siyasətindən sui-istifadə Ermənistan üçün ağır nəticələr verəcək”
- 10-01-2021, 12:47
- Manset
“Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribatçı addımlar atmamalıdır. Bu barədə artıq Prezident İlham Əliyev xəbərdarlıq edib. Dövlət başçımız ötən ilin yekunlarına həsr olunmuş videomüşavirədə də qeyd etdi ki, bunun cavabı sərt olacaq və Ermənistan böyük problemlə üzləşəcək”.
“Azad Səs” xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman ədalətli, məsuliyyətli, humanist siyasət həyata keçirib. Belə ki, Ermənistandan fərqli olaraq hətta hərbi əməliyyatlar dövründə də yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıldı, dinc əhali hədəfə götürülmədi:
“Hətta ərazilərin boşaldılması üçün düşmənə vaxt verildi. Ümumiyyətlə, Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmayan heç bir fəaliyyət həyata keçirilə bilməz. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan hazırda ərazidə humanitar məsələlərin həllinə razılığını verib, lakin bundan sui-istifadə yolverilməzdir. Təəssüf ki, ermənilərin Ermənistan ərazisindən Azərbaycan ərazisinə keçərək diversiya, terror törətmək cəhdləri müşahidə olunmaqdadır.
Bununla belə, Azərbaycan yenə də humanizm göstərərək diversant terrorçuları məhv etmədi, əsir götürdü. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilən 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupun saxlanılaraq istintaqa təhvil verilməsi hüquqi baxımdan doğru addımdır. Çünki saxlanılanların hamısı Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan ərazilərində həm Silahlı Qüvvələrimizin üzvlərinə, həm də mülki əhaliyə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib. Bu səbəbdən də bu şəxslər məhz Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Könül Nurullayeva vurğulayıb ki, terrorçu diversantlar heç bir halda hərbi əsir sayılmadığından Ermənistan Xarici İşlər Nazirliyinin əsirlərin dəyişdirilməsi ilə bağlı məsələdə Azərbaycanı üçtərəfli bəyanatı və beynəlxalq humanitar hüququ pozmaqda ittiham etməsi heç bir məntiqə sığmır:
“Artıq Azərbaycan XİN məsələyə reaksiya verib və bu ittihamların birmənalı şəkildə rədd edildiyi bəyan olunub. Ermənistan bu cür bəyanatlarla öz terrorçu davranışlarını ört-basdır etmək, regionda məhz özünün yaratdığı gərginliyə süni don geyindirməyə çalışır. Lakin bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycanın bütün addımları beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə əsaslanır. Yaxşı olar ki, Ermənistan Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarsın. Əks halda, Azərbaycanın humanist siyasətindən sui-istifadə Ermənistana baha başa gələcək”.Report