Məcburi köçkünlərin Qarabağa köçürülməsi nə zamandan başlanılacaq? - AÇIQLAMA
- 10-02-2021, 14:55
- Cəmiyyət
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələnib. Bu gün hər kəsi maraqlandıran məcburi köçkünlərimizin öz doğma dədə-baba yurdlarına nə zaman köçürüləcəyidir. Məcburi köçkünlərimizin köçürülməsi nə zamandan reallaşa bilər?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu gün müəyyən layihələrə start verilib:
"Xüsusilə də infrastruktur layihələrinə start verilib. Bilirsiniz ki, artıq yollar, işıq, qaz, su xəttləri çəkilir. Bütün bu layihələr mərhələli şəkildə icra edilir. Təbii ki, lazım olan infrastruktur qurulduqdan sonra könüllü şəkildə vətəndaşlarımızın köçürülməsinə başlanılacaqdır. Artıq siyahıya alınma da başlanılıb. Kimin Qarabağa köçmək istəyi varsa, onlar geri qayıdacaqlar.
Çünki 30 ildir ki, insanlarımız Bakıda və müxləlif bölgələrdə məskunlaşıblar. Qarabağ köçürülmə könüllü şəkildə həyata keçiriləcək. Qarabağda insanlarımızın rahat yaşaması üçün lazım olan bütün şərait yaradılacaq. Bununla bağlı dövlətimizin müəyyən proqramları da var. İnsanlarımızın rahat yaşaması üçün lazım olan bütün infrastruktur qurulduqdan sonra vətəndaşlarımız öz doğma dədə-baba yurdlarına köçürülməsinə başlanılacaq".