Məcburi köçkünlər İLK olaraq BU ŞƏHƏRƏ KÖÇÜRÜLƏCƏK
- 8-01-2021, 12:55
- Cəmiyyət
"Qaçqın və məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qısa zamanda qaytarılması dövlətimizin qarşısında duran başlıca vəzifədir. Bu istiqamətdə dövlət başçısı hökumət üzvülərinə və müvafiq strukturlara tapşırıqlarını verib".
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Azər Badamov deyib:
"Sürətli şəkildə infrastruktur layihələri icra olunur, şəhər və rayonların baş planları çəkilir. Düşmənin xarabaya döndərdiyi yaşayış məntəqələrimizin cənnətə çevirilməsi istiqamətində planlı işlər aparılır. Azad olunan hər bir yaşayış məntəqəsinə həyat qayıdacaqdır. Amma burada sual yaranır ki, məskunlaşma ilk növbədə hansı yaşayış məntəqəsində aparılacaq? Mən düşünürəm ki, bu, Şuşa olmalıdır. Çünki həmin şəhər Qafqaz musiqisinin beşiyi, Azərbaycanın mirvarisidir.
Yaşayışın birinci bura qaytarılması həm də siyasi məna daşıyır.
Digər tərəfdən, Şuşada kifayət qədər yaşayışa yararlı mənzillər və evlər qalıb. Həmin evləri qısa bir zamanda bərpa etmək və yaşayışa tam yararlı vəziyyətə qaytarmaq mümkündür. Ona görə də məskunlaşmanın ilk növbədə Şuşada aparılmasının düzgün olacağını hesab edirəm.
Cənab Prezidentin sözləri ilə desək, "Şuşa, sən azadsan! Şuşa, biz qayıdırıq!" "