Azərbaycanın paytaxtı Gəncəyə köçürülə bilər - AÇIQLAMA
- 24-12-2020, 10:36
- Cəmiyyət
Bu gün təklif olunan məsələlərdən biri də bir sıra dövlət qurumları və universitetlərin Kəlbəcərə, Şuşaya və digər işğaldan azad edilmiş rayon, şəhərlərə köçürülməsidir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Kəlbəcərdə və digər işğldan azad olunmuş rayon, şəhərlərdə hələ infrastruktur qurulmayıb:
"Bizim təklifimiz bir sıra dövlət qurumlarının Gəncəyə köçürülməsi ilə bağlıdır. Hesab edirəm ki, bir sıra nazirliklər Gəncəyə köçürülsə, ora təsərrüfat şəraitinə uyğun olaraq daha faydalı olacaq. Düşünürəm ki, işləri oradan idarə etmək daha rahat olacaq. Konkret həmin müəssisələrin işğldan azad olunmuş rayon və şəhərlərə köçürülməsi nisbidir. Çünki orada ilk olaraq insanlarımızın məskunlaşmasını həyata keçirməliyik. Daha sonra isə həmin müəssisələrin oraya köçürülməsi effektiv ola bilər. Konkret hansı müəssisələrin Gəncəyə köçürülə biləcəyi ilə bağlı fikir səsləndirə bilmərəm. Amma düşünürəm ki, Gəncəyə təsərrüfatla məşğul olan nazirliklər və qurumlar köçürülə bilər".
Deputat gələcəkdə paytaxtın Bakıdan Gəncəyə köçürülmə ehtimalından da danışıb.
O, qeyd edib ki, gələcəkdə paytaxtın Bakıdan Gəncəyə köçürülməsi də reallaşa bilər.