azadses.az » Cəmiyyət » O qədər harınlayıblar ki, dövlət çevirilişi sevdasına düşüblər - Vahid Əhmədovdan məmurlar haqda sensasion AÇIQLAMA

O qədər harınlayıblar ki, dövlət çevirilişi sevdasına düşüblər - Vahid Əhmədovdan məmurlar haqda sensasion AÇIQLAMA

“Sabiqlər barədə vaxtında danışmaq lazım idi”

“Mən sabiqlər barədə heç nə demək istəmirəm. Hamısı vəzifədə olanda rəhbərkik etdikləri  qurumlarla bağlı kifayət qədər lazımi tənqidlərimi etmişəm. Təqsirləri yoxdursa, Allah qapılarını açsın. Təqsirləri varsa, hüquq-mühafizə orqanları ölkənin cinayət məcəlləsinə uyğun lazımi ölçü götürəcəklər. Amma olduqları vəzifədə dövlətin, Prezidentin əleyhinə işləyənləri heç vaxt qəbul etməmişəm, etməyəcəm də. Bu məsələlərə indi yox, 10 ildir toxunuram, konkret faktlar göstərirəm. Mən kiminsə barəsində vəzifədən çıxandan sonra danışmıram, vaxtında danışmaq lazım idi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə gündəmini dəyişən son hadisələr barədə fikirlərini bölüşərkən deyib.

 

“O pullar şəhid ailələrinə, qazilərə xrclənməlidir”

 

V.Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin məmurlarla bağlı sonuncu çıxışı əhali arasında ciddi raeksiya doğurub:

 

“İnsanlar son proseslərdən məmnundurlar. Mən həmişə demişəm ümumilikdə korrupsiya əməlinə görə həbslərin tərəfdarı deyiləm. Fakt varsa, o əmlakların, vəsaitlərin dövlət büdcəsinə qaytarılması təmin olunmalıdır. Xüsusilə indiki şəraitdə həmin vəsaitlərlə qazilərin, şəhid ailələrinin həllini gözləyən bir çox problemini aradan qaldırmaq olar”. 

 

“Rus sülhməramlıları Qarabağa gələndə “5-ci kolon” nəfəs alıb çeviriliş etmək niyyətinə düşdü”

 

Deputat qeyd edib ki, proses sonuncu həbslərlə yekunlaşmayacaq:

 

“Azərbaycanda təmizləmə prosesi getməlidir. Bir şeyi diqqətə çatdırım ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon”  dirçəldi, sanki onlara ikinci dəfə nəfəs verildi. Öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başladılar. Kifayət qədər pulu, gücü olanlar dövlət çevirilişi etmək niyyətinə düşdülər. Amma xalq, əhali Prezidentin arxasındadır. 44 günlük müharibə bir daha Ali Baş Komandanın əzmini sübut etdi. Ona görə də kimsə hansısa niyyətə düşsə, dərhal cavabını alaraq, yerində oturdulacaq”. 

 

“Harınlamış məmurlar heç Prezidenti də eşitmirlər, onlar dövlət üçün təhlükədir”

 

Deputat hazırda vəzifə başında olanlar arasında həddindən çox harınlamış məmur-oliqarxların var olduğunu diqqətə çatdırıb:

 

“Bilirsiniz, bu prosesin davamlı olmaması qeyri-mümkündür. Çünki vəziyyət elə bir səviyyəyə çatıb ki, həlsiz qala bilməz. Son illər çox sayda kadr dəyişikliyi aparılıb, vəzifəyə gənc, Avropa təhsilli kadrlar gətirilib. Yenilər müəyyən səhvlər buraxacaqlar, amma onlar Azərbaycan dövlətinə xəyanət etməyəcəklər, Azərbaycanın müstəqilliyinin əleyhinə addım atmayacaqlar, heç vaxt ciddi korrupsiya faktlarına görə istintaq edilməyəcəklər. Mən o gənclərin əksəriyyətini tanıyıram, əlaqələrim də var, məsləhətləşmələrimiz də olur. Amma 20-25 il vəzifədə olan kadrlar harınlaşmış kadrlardır. Kifayət qədər vəsait toplamış, vəsaitləri xaricə çıxarmış oliqarxlardır. Onlar nəninki bizim, heç ölkə rəhbərinin də sözünü eşitmirlər. Ona görə də onlar dövlət üçün həmişə təhlükədir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?