Elnur Allahverdiyev: “Vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur”
- 22-08-2020, 13:42
- Siyasət
“Nazirlər Kabineti yanında operativ qərargahın tələb və təlimatları var. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın onlara riayət etməsi tələb edilir. Xüsusilə xalq qarşısında məsuliyyət daşıyan şəxslər. Heç kimin qanunları pozmağa haqqı yoxdur”.
Bunu Qafqazinfo-ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, qanunverici orqanın təmsilçiləri olaraq deputatlar altı aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar. Belə bir halda Milli Məclis üzvü və cəmiyyətdə tanınan şəxslər toy məclisində iştirak edir və bunu əsaslandırmağa çalışırlar.
Onların bu hərəkətlərinə heç bir halda haqq qazandırmaq olmaz:
“Sadə vətəndaşı karantinin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, işsiz evdə oturmağa səsləyirik, digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar?
Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır və bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır.
İndi isə üzücü mənzərənin şahidi oluruq, vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar”.