“İnsanlar ya nikahlarını qeydə aldırmır, ya da doğuşdan əvvəl boşanır ki, dövlətdən pul qopara bilsin”
- 3-02-2021, 15:48
- Cəmiyyət
Cəmi 20 il əvvəl nikahdan kənar doğulan uşaqlar Azərbaycanda bütün doğulanların 6,6 faizini, yəni 7318 uşaq, təşkil edirdi. Hazırda, uşaqların artıq 15 faizi, yəni ildə 21 mindən çoxu, nikahdan kənar doğulur. Rəqəmdəki 3 dəfəlik artımın bir neçə səbəbi var.
1. Sosial yardımın quruluşu. Ailələr bilir ki, valideyn uşağını tək böyüdürsə, 8 yaşına çatana qədər ona dövlət yardımı verilir. (Əslində qayda bir az fərqlidir, amma insanları boşanmağa təhrik edir: uşağa görə müavinət ailədə adambaşına gəlir 160 manatdan azdırsa verilir, amma ər işləmirsə, onda verilmir. Boşananda, ərin işləməməsi imtinaya əsas yaratmır). Nəticədə, insanlar ya nikahlarını qeydə aldırmır, ya da doğuşdan əvvəl yalandan boşanır ki, dövlətdən pul qopara bilsin. Amma bir yerdə yaşamağa davam edirlər. Bu davranış ildə minlərlə uşağın valideyninə aiddir. Boşanma sayının 20 il ərzində 3-4 dəfə artaraq ildə 17 mindən çox təşkil etməsinin səbəblərindən biri budur və nikahdan kənar doğuş sayını da artıran budur.
2. Erkən nikahlar. Qızları 18 yaşından tez ərə verənlər bunun məsuliyyət yaratdığını bilərək nikahı qeydə aldırmır. Doğulanlar isə nikahdan kənar doğulan sayılır. Problemin miqyası haqda təsəvvürünüz olsun deyə rəqəmlərə baxın: 2019-cu ildə 15-17 yaşlı qızlar 2320 uşaq doğub, amma həmin qızlardan ancaq 188 nəfərinin ərə getməsi rəsmən qeydə alınıb (necə alınıb? hüquqi tərəflərini yaxşı bilmirəm).
3. İnsanların nikahın dövlət qeydiyyatına laqeyd yanaşması. Bu amilin çəkisi nisbətən azdır və son dərəcədə aşağı/yuxarı təhsil səviyyəsinə və son dərəcə yoxsulluq/zənginliyə bağlıdır.
4. Ailənin vacib ictimai təsisat kimi gözdən salınması istiqamətində davam edən dünya miqyaslı təbliğat. Bu amilin də təsiri hələ çox deyil, amma hər yerdə olduğu kimi, Azərbaycanda da artır.
Problemin həlli məsələsinə keçməzdən onu da əlavə edim ki, tarixdə ilk dəfədir Azərbaycanda nəsilvermə əmsalı 2.1-dən aşağı düşüb və artıq 4 ildir 1.8 təşkil edir. Əmsal 2.1-dən aşağı düşəndə bu, əhalinin getdikcə öz sayını nəinki artırmaq, hətta eyni səviyyədə saxlamaq qabiliyyətində olmadığından xəbər verir.
Problemi çözməkdən ötrü ayrı-ayrı sahələrə aid tədbir görmək az nəticə verəcək. Odur ki, ilk növbədə insanları sabit və qazanclı iş yeri ilə təmin edəcək özəl sərmayənin qapısını açmaq lazımdır ki, ölkəyə gəlsin. Onda vətəndaş dövlət yardımına bu qədər göz dikməz və saxta boşanma kimi hərəkətlərlə dövləti aldatmağa çalışan az olar.
Amma bəzi dar çərçivəli tədbirlər də görmək vacibdir. Məsələn, doğulan ikinci uşağa görə ailəyə müavinət təklif etmək – ailənin bütöv ya da təkvalideynli olmasına baxmayaraq. Bundan başqa, erkən nikaha görə cinayət məsuliyyəti həqiqi məna daşımalıdır. Yoxsa 15-17 yaşlı qızlar ildə 2320 uşaq doğursa, deməli qanundan qorxan yoxdur. Güc strukturları bu vəziyyətə rüşvət müqabilində göz yumursa, daha da pis! Daha bir tədbir: seçmə abortlar, yəni qız doğuşlarının qarşısını alan abortlar sözdə yox, əməldə cinayət məsuliyyəti yaratmalıdır.
Digər tədbirləri də sadalamaq olar. Ancaq bunları planlayıb həyata keçirməkdən ötrü əhaliyə vahid orqanizm kimi baxan, tənzimləməni ordan-burdan kopiyalanmış qaydalar toplusu kimi deyil, siyasət kimi görə bilən hökumət lazımdır.
İlqar Məmmədov
REAL Partiyanın sədri