azadses.az » Cəmiyyət » “Atası anasını gözünün qarşısında öldürmüşdü, ondan sonra ancaq gəlinciyi ilə danışırdı” - Psixoloq Narınc Rüstəmova

“Atası anasını gözünün qarşısında öldürmüşdü, ondan sonra ancaq gəlinciyi ilə danışırdı” - Psixoloq Narınc Rüstəmova

Bu gün uşaqlarda nitq qüsurları əsas problemlərdən biridir. Bu xəstəliyin tam aradan qaldırılması mümkündürmü? Uşaqların müalicəsi hansı yollarla aparılır?
Mövzu ilə bağlı Narınc Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri, klinik psixoloq Narınc Rüstəmova “Qafqazinfo”ya müsahibə verib:
- Narınc xanım, ümumiyyətlə, nitq qüsuru nədir? İrsiyyətin bu problemdə bir rolu varmı?
- Nitq bizim sosiallığımızı təmin edən əsas vasitədir. O, uşaqlarda 6-cı aydan formalaşır. Uşaq əvvəlcə xırda səslər çıxarır, bir yaşından başlayaraq isə sözlər, söz birləşmələri, cümlələrlə prosesə davam edirlər. Amma nitq ləngimələri, nitqdə baş verən geriləmələr, xüsusən də son illərdə uşaqlarda çox müşahidə edilir. Uşaqlarda elektron cihazlardan istifadənin günlük həddi aşması və onların erkən yaşda planşet, kompüter oyunları ilə üzləşməsi bu tip nitq qüsurlarının sayını artırıb. İrsiyyət faktoru nitq tənbəlliyində özünü göstərir, amma bununla bərabər irsiyyətin bizim həyatımızdakı rolu 7 faizdən artıq deyil. Uşaqlarımızı elektron cihazlardan, əmzikdən uzaq tutaraq biz onun nitqinin inkişafına dəstək ola bilərik. 
Uşağı 3 yaşınadək telefon, planşet, televizordan tam uzaq tutmalıyıq. Bu gün evlərdə analar uşaq sakit dursun, yemək yesin deyə əlinə telefonu verir. Televizorun qarşısında oturan azyaşlıda alıcı nitq formalaşır, verici nitq yox. Xüsusilə, əmzik çeynəyən uşaqların ağızlarında deformasiya olur. Seqmatizm dediyimiz üst çənə önə doğru gəlir, damaq dərin qalır. Yeni doğulmuş uşaqların yanağının çox ətli olduğunu görmüsünüz. Biz hətta buna görə uşağı çox şirin adlandırırıq. Bu, dəvənin güvəcidir. Yəni, dəvə necə güvəcinə piyi yığır, bunun nəticəsində aylarla ac-susuz qala bilirsə, yanaqlarımız və adenoid dediyimiz burun və boğazda toplaşan ət həmin güvəc rolunu oynayır. 2 yaşında uşaqda burun-boğaz əməliyyatı etmirlər. Bu piy imkan vermir ki, uşaq körpəlikdən danışsın. Uşağa imkan yaratmaq lazımdır ki, səsli mühitdə böyüsün. Bu, onun nitq inkişafında böyük rola malikdir. 
Uşaq ana bətnində olarkən ananın ürək döyüntüsü və ətrafda olan bütün səsləri eşidir. Uşağımızın zehni inkişafının yaxşı olmasını istəyiriksə, o zaman onu rəngli və səsli otaqda olmasını təmin etməliyik. Bu, uşağa özünü ana bətnində olduğu kimi hiss etməsinə şərait yaradır. Uşaq birdən-birə səsli mühitdən səssiz mühitə keçdikdə depressiyaya düşə bilər. Mərkəzimizə 3 yaşında uşaqlar gətirirlər ki, onların yanaqları təzə doğulmuş uşağın yanağı kimi xəmiryanaqdır. Çünki indiyə qədər bu əzələlər aktivləşdirməyib. Biz xüsusi masajlar edərək o piyi əridirik və normal vəziyyətinə gətiririk ki, uşaq danışa bilsin. 
- Nitq qüsurunun tam aradan qaldırılması mümkündür?
- Bəli, nitq qüsuruna 7 yaşına qədər müdaxilə olarsa, tam aradan qaldırmaq mümkündür. Burada təbii ki, xəstəliyin ağırlıq dərəcəsi önəmli rol oynayır. Amma hər bir xəstəlikdə erkən müdaxilə vacibdir. Əgər 2 yaşına qədər olan uşağın nitqində 50, minimum 30 söz yoxdursa, psixoloqa və ya loqopedə müraciət etmək lazımdır. Gözləməməliyik ki, əmisi 5 yaşında danışıb deyə, o da o yaşda danışacaq. Biz bilirik ki, sonradan danışan uşaqların əksəriyyətində kəkələmə, səsləri doğru tələffüz etməmə, el arasında pəltəklik deyilən hal baş verir. 
 
- Nitqdə qüsur hansı həddə olduqda müalicə effekt vermir?
- Bizim 3 inkişaf fazamız var: fiziki, psixi, nitq. Bunların üçü də bir-biri ilə qarşılıqlı əlaqəlidir. Təsəvvür edin, uşağınızın 10 yaşı var, amma ağlı 4 yaşlı uşaqda olduğu kimidir. Bu gerilik 5 ili aşıbsa, onu yenidən bərpa etmək mümkün deyil. Buna ağır kəmağıllılıq da deyilir. Uşağın yaşı nə qədər azdırsa, onun müalicəsi bir o qədər yaxşı effekt verəcək.
Bəzən elə insanlar olur ki, onun nitqində qüsur sonradan yaranır. Bunun bir çox səbəbləri var. Məsələn, ağır xəstəlik keçirən, maşın qəzasına düşən, iflic, meningiti olan və ya nədənsə çox qorxan insanların nitqində sonradan problem yarana bilər. Bir də nitqini unutma dediyimiz selektiv mutizm var. Bu insanlar ağır stresdən sonra heç kimlə danışmır. Fikrini yaza bilir, amma ünsiyyət qura bilmir. Bu, total mutizmdir. Ya da çox sevdiyi tək bir insanla, bəzən oyuncağı ilə danışır. Bu isə selektiv mutizmdir. Bir uşaq var idi, 8 yaşına qədər normal danışırdı. Atası anasını gözünün qarşısında qətlə yetirmişdi, ondan sonra uşaq ancaq gəlinciyi ilə danışırdı. Hətta onu kameraya da çəkmişdilər. Bu uşağa əqli gerilik diaqnozu qoymuşdular. Lakin mən uşağın videolarına baxdım, sonra müəyyənləşdirdik ki, uşağın heç bir geriliyi yoxdur. Bu proses uzun müddət davam etdikdə insan, hətta nitqini də itirə bilir. Çünki insan uzun müddət danışmadıqda ağız əzələləri yatır, nitq mərkəzi sıfırlanır. O zaman biz həmin pasiyent üzərində loqopedlə birgə işləyirik.
Bir azyaşlı pasiyentimiz var idi, danışmağa başladığı zamandan kəkələyirdi. Atasının da 48 yaşı var idi, o da kəkələyirdi. Oğlunu müalicə etdik, atası da həvəsə düşdü, o da müalicə aldı. Onun da kəkələməsi düzəldi. Biz demişdik ki, evdə kəkələyən biri varsa, uşaq onu eşidir və o da kəkələməyə başlayır. Hər şeydə əzm çox önəmlidir. Məsələn, insult keçirdikdən sonra nitqini itirən xəstəmiz var idi. Müalicədən sonra onun mübarizəsi ilə yüksək nəticə aldıq. 
- Bu cür problemlərin müalicəsi neçə müddət davam edir? 
- Ümumiyyətlə, kəkələmələr 2-6 ay arası düzəlir. Nitq qüsurları 1 aydan 2, 3, 5 ilə qədər dava edə bilir. Biz öncədən müəyyənləşdiririk ki, neçə müddətlik müalicəyə ehtiyac var. Xəstənin yaşı, əzələsi, psixi inkişafı, xəstəliyinin dərəcəsinə uyğun olaraq müalicə yollarını müəyyən edirik. Burada uşağın düzəlmə istəyi də çox rol oynayır. Hər uşaq fərdidir və mən hər birinə o şəkildə yanaşaraq uğur əldə edirəm.  
Bizə panik atakla bağlı bir xanım pasiyent gəlmişdi. Amma xanımda tiroidin disfunksiyası, yəni “zob”un əlamətləri var idi. Göndərdim endokrinoloqa, onun xəstəliyi psixoloji yox, endokrinoloji idi. 
Mütəxəssis işinə vicdanla yanaşmalıdır. Əgər xəstənin problemi mənə aiddirsə, müalicə etmək lazımdır, yox başqa bir xəstəliyin nəticəsində yaranıbsa, o zaman onu lazım olan həkimə yönləndirmək vacibdir. Məsələn, revmatizmadan uşaqlarda gözqırpmalar, çiyin çəkmələr olur. Xəstə bu zaman revmatoloqdan kömək almalıdır, məndən yox. 
- Praktikanızda elə xəstəniz olub ki, nitq qüsurunu aradan qaldırasınız, amma bir müddət sonra yenidən eyni problem geri qayıtsın? 
- Normalda nitq problemləri korreksiya olunur. Amma kəkələmənin sağalıb, yenidən geri qayıtma kimi bir xüsusiyyəti var. Ona görə də, bu xəstəlikdən əziyyət çəkənlər ehtiyatlı olmalıdır. Doğru qidalanmaq, özünü stresdən qorumaq lazımdır ki, xəstəlik geri qayıtmasın. Mənim kəkələməsi olan pasiyentlərimlə illərdir əlaqəm var, daim onlara nəzarət edirəm ki, xəstəlik geri qayıtmasın. Amma digər xəstəliklərdə belə hallar olmur və mən özüm də rastlaşmamışam. 
 
- Bəzi hallarda ayaqlarda da psixoloji durumdan qaynaqlanan problemlər olur…
- Bu problem varsa, mütləq xəstənin stress yükünə baxmaq lazımdır. Uzunmüddətli stress yaşayan insanlarda simptom həmişə əl və ayaqlara, ətraflara verir. Məsələn, qollarda birtərəfli qarışqalanma, gizilti, miqren dediyimiz problemlər, nevroloji ilə bərabər, həm də psixoloji faktordur. İnsan uzun müddət stressə məruz qalır və bədən bu şəkildə reaksiya verir. Bu problemlər də tam aradan qaldırıla bilir. 
Serebral iflicli uşaqlar daim nevroloqla paralel nəzarətdə olurlar. Doğuş vaxtı və ya hamiləlik zamanı alınan travmalar uşaqlarda epilepsiya və ya psixi, motor, nitqi inkişafda geriliklə özünü göstərir. 4 yaşına qədər boynunu saxlaya bilməyən, 7 yaşına qədər yeriyə bilməyən serebral iflicli uşağın yeriməsi mümkün deyil. Bu uşaqlar 6-9-cu ayında öz xəstəliyini göstərməyə başlayır. Bu zaman vaxt itirmədən mütəxəssisə müraciət vacibdir. 
Onun ağırlıq dərəcəsindən asılı olaraq uşağın tam sağalıb-sağalmayacağını demək olar. Bir də baş beyinin nə qədər zədələnməsi də araşdırılmalıdır. Bizim elə uşaqlarımız var ki, vətər əməliyyatı olub, hazırda heç bir problemi yoxdur. Sadəcə bu uşaqlarla erkəndən müalicə aparmaq lazımdır. Artıq 4 yaşında gələn uşaqların sadəcə yeriməsi üçün çalışırıq ki, heç olmasa, özünü idarə edə bilsin. Bu uşaqların əksəriyyəti ətrafında gedən prosesləri dərk edə bilir. Ona görə də, çox zaman aqressiv olurlar. Əllərini gəmirmə, başını divara çırpma kimi reaksiya göstərirlər. - Valideynlər övladlarında baş verən problemləri daha erkən müəyyənləşdirmək üçün nəyə fikir verməlidir?
- Uşağın 6-cı ayından reaksiyalarına diqqət yetirmək lazımdır. Əl çalanda baxmaları, səsə reaksiya vermələri, işığı yandıranda gözlərini yummaları, oyuncaqla oynayan zaman hər iki əlindən istifadə edib-etməmələrinə fikir vermək lazımdır. Gözlərini bərəldən uşaqlar var ki, valideyn heç ona fikir vermir. Uşaq bəzən yuxudan durub qışqırır, çənəsi əsir, bunlar hamısı nevroloji əlamətlərdir və daim diqqətdə saxlanılmalıdır.
Uşaqlar həkim müayinəsindən yaşyarım, iki yaşına qədər keçməlidir. Bir də “Denver2 skrining” testi var. Bu, uşaqlarda inkişaf testidir. Bu testlə uşağın 6 ayından 7 yaşına qədər olan inkişafı yoxlanılır.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”