azadses.az » Cəmiyyət » Pensiya sistemində yenilik - Davamlı artım olacaq

Pensiya sistemində yenilik - Davamlı artım olacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir.

''Azad Səs'' Sfera.az-a istinadən xəbər verir ki, dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.

Bunun göstəricisi kimi, ötən il və cari ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilib, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edildi. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur.

Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24%) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub.

Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən – ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:
1. pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi,

2. ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi,

3. ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi,

4. Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması,

5. Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi,

6. Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Onu da qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil.

Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq.

Hazırda aparılan islahatların məqsədi – pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  2. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  3. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  4. Şabranda evə basqın olub, ölən və yaralanan var
  5. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  6. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  7. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  8. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  9. Bakıda yolu keçən kişini avtomobil vurub
  10. Yevlaxda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”