ÜST-dən koronavirusun yeni mutasiyaları ilə bağlı AÇIQLAMA
- 20-01-2021, 12:39
- Dünya
Koronavirusun Britaniya ştammı artıq 60 ölkə və ərazidə aşkar edilib.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik hesabatında bildirib.
“12 yanvar tarixindəki son yeniləmədən bu yana daha 10 ölkədə/ərazidə VOC-202012/01 mutasiyası aşkar edilib. Bu günə qədər ÜST-nin altı bölgəsində 60 ölkə bu ştammın aşkar olunduğunu bildirib”, - təşkilatın saytında dərc olunan sənəddə deyilir.
ÜST həmçinin ilk dəfə Cənubi Afrikada aşkar edilən koronavirusun digər mutasiyası olan 501.V2 ştammının daha üç ölkədə tapıldığını açıqlayıb. Qeyd olunur ki, hazırda COVID-19-un bu variantının aşkar edildiyi ölkələrin sayı 23-ə çatıb.
Hesabata əsasən, son bir həftə ərzində dünyada 4,7 milyondan çox yeni yoluxma hadisəsi qeydə alınıb. Bu rəqəm bir həftə əvvələ nisbətən 6 % azdır. Eyni zamanda ölüm sayı rekord səviyyəyə çatıb - 93 mindən çox olub. Bu isə öncəki hesabatla müqayisədə 9 % çoxdur.