Главная > Cəmiyyət > Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar
Koronavirusdan sağaldıqdan sonra iy və dadbilməni necə bərpa etmək olar25-01-2021, 08:40. Разместил: azadses |
Məlumdur ki, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir. “Azad Səs” xəbər verir ki, “Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış nevroloqu, neyrofizioloqu Aleksandr Budik iybilmə və dadbilmə hisslərinin qısa zamanda bərpası üsullarından danışıb. Onun sözlərinə görə, COVID-19-a yoluxma zamanı dad və iybilmə hisslərinin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib. Güman olunur ki, yoluxma zamanı ağız suyunun tərkibi pozulur, buna görə dadverici maddələr daha sürətli dağılaraq dadverici reseptorlara çata bilmir. Başqa nəzəriyyəyə görə, reseptorlar özləri zədələnir, təkcə dad yox, həm də iybilmə hissi itir. Həkimin sözlərinə görə, yoluxma zamanı maddələri qəbul edən həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir. Adətən koronavirusa yoluxanlarda xəstəliyin lap əvvəlində qoxubilmə və dadbilmə hissləri itir, amma iki həftə sonra hər şey bərpa olunur. Ancaq bəzi insanların hətta sağalmadan aylar sonra da bu pozuntulardan əziyyət çəkməsi hallarına tez-tez rast gəlinir. Aleksandr Budik iybilmə və dadbilmə hisslərini geri qaytarmaq üçün xüsusi təlimi məsləhət görür. Onun sözlərinə görə, hər gün bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bunlar güclü ətirlər olmalıdır. Qərənfilin, sarımsağın, darçının iylənilməsi lazımi orqanları fəal işləməyə məcbur edəcək. "Orqanizm diqqəti işə fəal cəlb olunan orqana yönəltməyə başlayır və bütün resurslar həmin orqanın işini daha sürətlə bərpa etməsinə yönəlir. Əlavə terapiya kimi buruna A vitamini məhlulunu damcılatmaq, bir həftə ərzində “Omeqa-3”dən istifadə etmək olar", - deyə Budik tövsiyə edib. Report Вернуться назад |