Vaksindən sonra koronavirusa yoluxmaq mümkündür, amma... - Professordan XƏBƏRDARLIQ
- 14-01-2021, 12:40
- Cəmiyyət
Vaksin olunduqdan sonra koronavirusa yoluxma ehtimalı qalır.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə İmmunologiya Dərnəyinin sədri, professor Barbaros Oral deyib.
Onun sözlərinə görə, vaksinasiyadan sonra insanlar xəstəliyi daha yüngül keçirir və ya heç keçirmir: “Bu səbəbdən vaksinin hazırlığında infeksiyadan sonra yaranan antitellərin virusun hədəflədiyi hüceyrəyə bağlanıb-bağlanmadığı test edilir. Amma prosesdə istifadə olunan ELISA kitləri antitellərin bu özəlliyinin olub-olmadığını təyin edə bilmir. Buna görə də antitellərin var olduğu təsbit edilən şəxslər pandemiya dövründə qoruyucu tədbirləri əldən verməməlidir”.
Professor vaksindən sonra orqanizmdə hormonal dəyişikliklərin gedib-getməməsi barədə sualı belə cavablandırıb: “Bununla bağlı sübut yoxdur. Amma vaksinlərə diabet kimi hormonal xəstəlikləri olanların, qadın və kişilərin, həmçinin hamilə qadınların reaksiyası fərqli ola bilər”.