azadses.az » Cəmiyyət » Şuşada ev almaq istəyənlərin NƏZƏRİNƏ

Şuşada ev almaq istəyənlərin NƏZƏRİNƏ

"Vətəndaşlarımızın Şuşaya köçürülməsi ilə bağlı tənzimlənmələr dövlət tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək".
 
Bunu əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
 
Ekspert bildirib ki, Şuşanın, Kəlbəcərin, Laçının turizm potensialı yüksək olduğu üçün digər rayon və şəhərlərimizlə müqayisədə bu ərazilərdə daşınmaz əmlakın qiyməti yüksək olacaq:
 
"İlk növbədə orada vaxtilə yaşamış insanlar, onların övladları orada mülkiyyət hüquqlarına sahib olmalıdır və onların mülkiyyət hüquqları tanınmalıdır. Bu, ilk növbədə olan məsələdir.
 
Bundan başqa dövlət özü Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin o döyüşlərdə şəhid olmuş şəhidlərimizin övladlarına, ailə üzvlərinə güzəştli şərtlərlə mənzil, fərdi yaşayış evləri və yaxud torpaq sahələri ayıra bilər. Hazırda orada qiymətləndirmə işləri aparılır, mövcud infrastruktur yaradılır. Bu proses yəqin ki, bir neçə müddət çəkəcək. Doğrudur, sakinlərin köçürülməsinin gələn ilin yayından başlaması nəzərdə tutulsa da, mən hesab edirəm ki, orada tam məskunlaşma təxminən 4-5 il ərzində tam formalaşacaq.
 
Təbii ki, digər Azərbaycan vətəndaşları da oradan mənzil, fərdi yaşayış evi, yaxud torpaq sahələri almaq hüququna malikdirlər. Necə ki, hər bir Azərbaycan vətəndaşı Respublikanın digər bütün bölgələrində həm torpaq sahələri, həm fərdi yaşayış evləri almaq hüququna malikdirlər. Mənzil və fərdi yaşayış evlərinin digər xarici vətəndaşlara da satılması mümkündür, amma yalnız torpaq sahəsini çıxmaq şərti ilə. Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə uyğun olaraq torpaq sahəsi xarici ölkə vətəndaşlarına satılmır, onlar yalnız mənzil və yaxud fərdi yaşayış evləri almaq hüququna malikdirlər.
 
Respublikanın digər rayon və şəhərlərində olduğu kimi yəqin ki, bir müddət sonra Şuşada da bir bazar dəyəri formalaşacaq. Necə ki, digər şəhər və rayonlarda həm mənzillərin, həm fərdi yaşayış evlərinin, həm torpaq sahələrinin bazar dəyəri formalaşıb. Yəni, bu, sıx tələb və təklifdən asılı olaraq yaranacaq. Orada qiymətlərin necə olacağını proqnozlaşdırmaq bu il hələ ki tezdir. Tələb və təklif prinsiplərinə əsasən digər şəhər və rayonlarımızda olduğu kimi, orada da tələb və təklifdən asılı olaraq qiymətlər formalaşacaq.
 
Elə kəndlərimiz, şəhərlərimiz var ki, qiymət baxımından turizm bölgələrində qiymətlər nisbətən daha yüksəkdir. Hesab edirəm ki, bəli, xüsusən Şuşada, Kəlbəcərdə, Laçında bizim digər aran zonası ilə müqayisədə qiymətlər yüksək olacaq. Çünki oraların turizm potensialı yüksək olduğu üçün bu bölgələrə investisiyalar yatırılacaq. Azərbaycan höküməti, Turizm Agentliyi də artıq xarici ölkə investorlarına müraciət edərək orada otellərin tikintisinə çağırıb. Yəqin ki, yaxın 5 il ərzində o ərazilərdə də Azərbaycanda daşınmaz əmlak bazarının qiymətləri ilə bağlı artıq bir bazar təşəkkül tapacaq. Amma hazırda orada qiymətlərin necə olacağını demək hələ ki tezdir. Bu yaxın müddətdə, məskunlaşma başlayandan sonra orada da daşınmaz əmlak bazarının qiymətlərindən danışa biləcəyik".Milli.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?