azadses.az » Cəmiyyət » Mirşahin: “Xalqın narazılığı? Belə bir zəmin axtarmaq ölümcül səhv olardı”

Mirşahin: “Xalqın narazılığı? Belə bir zəmin axtarmaq ölümcül səhv olardı”

“1989-cu ildən qara kökündən olan iki problemimiz var idi. Bunlardan birinin adı QARA bağ idi, digəri isə QARA güruh. Qarabağ problemi həll edildi. Qalır Qara güruh… Güruh və onun dəyişməz qabaqda gedəni Əli Kərimli mövzusuna mən siyasi yox, sırf təfəkkür məsələsi tək yanaşıram. O və onun instrumentalistləri Zəfərin rəsmi elanından sonra müxtəlif alətlərdə ifa etməyə başlayıblar. Melodiya isə birdir. Azərbaycan xalqının qələbəsini gözdən salmaq. Tariximizin ən uca nailiyyətini yanlış anlatmaq. Amma yox! Buna yol verməyəcəyik. Birinci döyüşçümüzün rəhbərliyi, qalan döyüşçülərimizin intizamlı fəaliyyəti, fədakarlığı, şəhadəti nəticəsində qazanılmış müəqddəs qələbəmizi dişimiz və dırnağımızla qoruyacağıq”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
 
M.Ağayevin sözlərinə görə, bütün taleyüklü məqamlarda antidövlət mövqe tutan bu uğursuz yığnağın davranışından aydın görünür ki, məğlubiyyətə təkcə Paşinyan yox, elə Kərimli də uğrayıb: “Onlar məğlubiyyətlaşdırlar! Bu siyasi sinifdə qalmışlar öyrəşdilkləri mühitdən, 30 ilə yaxındır ki, yaşadıqları məğlubiyyət aurasından, özlərinə doğmalaşdırdıqları siyasi məişətdən Soros qibləsinə dayanıb qapıda duran oğlana “rəhmin gəlsin ay nənə!” bayatılarından heç cür ayrıla bilmirlər. Onlar qələbə dövrünə, yeni şəraitə uyğun ittiham, qınaq, məzəmmət, tənqid ifadələri tapa bilmədiklərindən köhnə əhval-ruhiyyəni bərpa etməyə çalışırlar. Trafaretlər sındı artıq… Ənənəvi Qarabağ problemi? O artıq yoxdur! Əliyev Azərbaycan Tarixinin ən parlaq qələbəsinin müəllifidir. Söz azadlığı qıtlığından giley? Daha keçməyəcək. Bütün günü nədən istəyirlər danışırlar… İnternetə, sosial şəbəkələrə bunların qara qeybətinin əlindən girmək mümkün deyil. Korrupsiyanı lənətləyəcəklər? Bu da alınmır. Hətta döyüş əməliyyatlarının ən qızğın vaxtında belə hüquq-mühafizə orqanları korrupsiya ilə ardıcıl mübarizəni dayandırmadı. Xalqın narazılığı? Belə bir zəmin axtarmaq ölümcül səhv olardı. Müzəffər ali Baş komandana-İlham Əliyevə xalq etimadı bütün dövrlərdə bütün liderlərimizə olan etimadlardan dəfələrlə artıqdır! Amma qara güruh öz mühitinə, öz iyinə öyrəşmişdi axı… 20 faiz işğal, 1 milyondan çox qaçqın. Danışıqları düz aparmırlar… Minsk Qrupunun tərkibi dəyişsin və s… və ilaxır. Daha bu ritorika gülünc, möhləti çıxmış görünür. Hərbi əməliyyatlar ərəfəsində PİKAP-ımızı, döyüşlərin gedişində tankımızı hədəfə alanların iqtidara təzyiq alətləri səmərəsizdir. Qara güruh unudur ki, o da Paşinyan da Əliyevə təfəkkür etibarilə, zaman etibarilə uduzub. Mənən köhnəldiyinə görə uduzub. Ermənistan rəsmən Paşinyanın məğlubiyyətini özünün, öz xalqının, özü də bir neçə nəslinin faciəsi sayır. Kərimli və güruhu isə Paşinyanı… məğlub hesab etmir. Ermənilər özləri etiraf edir. Paşinyan özü etiraf edir. Aram Sarkisyan özü boynuna alır. Kərimli isə yox. Görünür Roma Papasından artıq katolik və ya ermənidən daha artıq erməni olmaq budur. Kərimli və dilbaziləri xalqın qələbəsini gözdən salmağa çalışırlar. O Kərimli ki… ----- Geriyə qayıdaq. Istəməzdim, amma qaragüruh, kərimlilər məcbur edirlər… Bir neçə gün əvvəl Şuşadaydıq. Ali Baş komandanın başçılığı altında döyüşçülərimizin və xalqımızın unikal hərbi əməliyyatı ilə qeri qaytarılmış Şuşada bilirsiz nə barədə düşünürdüm? Qara güruhun, Paşinyanın 92-ci il Azərbaycan dubletlərinin niyə indiyə qədər susması barədə. Axı məntiqlə onlar kollektiv məktubla Əliyevə, döyüşçülərimizə minnətdarlıq müraciəti etməli, tarixi üzqaralıqdan onları xilas etmiş Böyük Əliyev və böyük döyüşçü qarşısında üzrxahlıq etməliydilər. Axı mən, biz Şuşanın təslim olunduğu günləri, o günlərin ərəfəsini unutmamışıq. 1992-ci ilin mart ayının 6-da Ayaz Mütəllibovu zorla istefaya göndərməklə dövlət strukturlarını iflic vəziyyətinə salmış AXC-i… Bu qurumun dağıdıcı xarakterini. Hakimiyyətə küçədən gəlmiş bu bəd qrupun dövlət beyninə malik olmamasını. Yadımdadır: o zaman Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov çətin vəziyyətə düşmüş Azərbaycanı birgə xilas etmək məqsədilə AXC-yə əməkdaşlıq təklifi ilə müraciət etmişdi. O müraciətin orijinalı yəqin ki, hardasa qalmalıdır. Amma elə bu material da az şey demir… Və mən bu müraciətin necə rədd edildiyini də, Yaqub Məmmədovun “Bunlar niyə belə edirlər axı!” deyə başını iki ovucuyla tutub inildəməsini də yaxşı xatırlayıram. Bu o günlər idi ki, Şuşalılar çörək əvəzinə ümid yeyir, su yerinə göz yaşı içirdilər. Kərimli Əli isə “Qarabağın taleyi Qarabağda yox, Bakıda həll olunur!” deyə cəbhəni Bakıda açırdı. Şuşa təslim ediləndən sonra Bakıya köçmüş şuşalıların Xalq əbhəsi rəhbərliyi ilə Respublika sarayında görüşünə isə operator İlham Ələkbərovun kamerasi şahiddir. Bir neçə dəfə göstərmişik burada. Və bu gün Əli Kərimli başda olmaqla həmin o qara güruh məğlubları qalibi mühakimə edirlər. O qalibi ki, elə Kərimli və güruhunun sifətindən çamuru, ləkəni silib. Çünki Şuşa, Laçın, Kəlbəcər kimi bütün digər rayonların süqutunda bu qara güruhun əvəzsiz rolu var. Ya biləyə, ya dirsəyə, ya da xirtdəyə qədər!!! Məhz onların pozucu fəaliyyəti nəticəsində dövlət maşını xarab olmuşdu, idarə olunmurdu. Birneçəhakimiyyətlilik yaranmışdı. Cəbhədə döyüşən fədakar gəncləri siyasətlə qoşmaqla əllərini ya silahdan soyudur, ya da Bakıya Ali sovetin üzərinə zirehli maşınlarla yürüşə qaldırırdılar. Şuşa gedirdi, Laçın gedirdi… Azərbaycanda müharibə. Müharibədə isə Azərbaycan gedirdi. Mən bu sözləri deyəndə 1992-ci ildə may, iyun ayı idi. Dövlət katibi kimi cavabdeh olduğu sahənin faciəvi, demoralizə olunmuş aqibətini acı-acı etiraf edən bu adamı dəfələrlə dinləmişik. Bir daha eşidək. Artıq Şuşa da gedib. Laçın da gedib, Kəlbəcər də gedib, ümumiyyətlə dövlət getmək üzrədir… İndi isə Kərimlinin ideya həmkarını eşidək. Erməni hərbi komissarı onu 2020-ci ildə təkrar edirdi. Ermənistan ordusunda fərarilik baş alıb gedəndə. Məncə ortada bir psixi problem də var. Yoxsa necə izah etmək olar ki, vaxtında birincidən tutmuş sonuncu postadək bütün kreslolarını qoyub qaçasan, fərarilik edəsən, rüsvayçılıqla məğlub olasan, tariximizin ən böyük zəfərini qazanmış şəxsin başçılığı altında Azərbaycan döyüşçüsünün, Azərbaycan xalqının qələbəsini etiraf etməyəsən. Əksinə sübut etməyə çalışasan ki, bu məğlubiyyətdir. Lap elə tutaq ki, 55 yaşında da üzündən tük çıxmadığına görə özünü uşaq sayırsan, axı ortada məntiq deyilən bir şey də var. Paşinyan, onun ordusu məğlubdursa, onda Əliyev və onun ordusu qalibdir də. Bu qədər cahil olmaq mümkün olmamalıdır axı. Erməni xalqı diz çökdüyün etiraf edirsə, demək ayaqda Azərbaycan xalqıdır. Ermənistanın müdafiə nazirini istefaya göndəriblərsə, Azərbaycanın Müdafiə nazirinə Zəfər ordeni veriblərsə, o məğlub, bu isə qalibdir… Maraqlıdır. "Azərbaycan əsgəri bir sıra hallarda mənim yadımda məğlub əsgər kimi qalıb!", məhz bir sıra hallarda !!! dediyimə görə mənə burada virtual dar ağacı quranlar elə bu güruh idi. Guya mən şəhidləri, qaziləri təhqir etmişəm. Və bu qüvvələr indi Birinci döyüşçümüzü, əsgərimizi, xalqımızı məğlub adlandırırlar? Onlar şəhidlərimizin ruhunu təhqir etmir? Bu əllərindən bütün xalqın öpməsi gərəkən gənc şəhid anasının ümid və inamını təhqir etmir? Cavab verin də, mənim obyektiv, ağıllı-uğullu həmkarlarım! O dəhşətli məğlubiyyət illəri yeniyetməlik, uşaqlıq dövrünə təsadüf edənlərdən fərqli olaraq mən o xəyanətlərdən xəbərdaram, Əli Kərimli və güruhu! Bəli məğlub idiniz onda. Birinci əsgərinizdən tutmuş hər birinizədək. Məğlub! Qoyub qaçmışdınız! Görmüşük. Göstərmişik. Kərimli Paşinyanın simasında özünü, məğlub simalarını xilas etməyə çalışır. Axı o və güruhu 4 ay əvvəl Azərbaycana Paşinyanı nümunə göstərirdilər. Onu demokratik örnək sayırdılar. Guya Azərbaycan ona baxıb düzlənməliydi… Ermənistanda hakimiyyət dəyişikliyini Kərimli belə təqdir edirdi. Yaxud Kərimlinin instrumentalistlərindən biri Qənimət Zahidi xatırlayaq: “İnqilabdan sonra Ermənistan Azərbaycana qarşı daha sərt olacaq və Azərbaycanla müqayisədə mövqeləri daha da güclü olacaq. Demokratiya imicini bərkidən Ermənistan avtoritar imicini daha da möhkəmləndirən Azərbaycana qarşı daha da sərt mübarizə aparacaq. Bizim geriliyimiz özünü göstərəcək və bu, şübhəsizdir... Sitatın və Qənimət Zahidin sonu. Hörmətli tamaşaçılar, mən bir müddət idi ki, müharibə reallıqlarını nəzərə alaraq həvəskar, aqressiv siyasi camiəylə bağlı kəskin danışmırdım. Ümid edirdim ki, qələbə öz müsbət təsirini göstərər, özünəməxsus beyin krizindən xilas olarlar. Hətta güman edirdim ki, onlar Şuşaya, Laçına, Kəlbəcərə bir həya, bir vicdan reysi də edərlər. Oraların qoyub qaçırılmış, düşmənə buraxılmış hər bir qarışından, köçkünlərimizin göz yaşlarının, qanlı izlərinin olduğu cığırlardan, yollardan üzr istəyərlər. Kəlbəcərə, başqa rayonlara gedən yollarda simvolik də olsa dayanar, diz çökərlər. Başlarını torpağa döyərlər. Amma deyəsən hansısa bir anda yanılmışam. Unutmuşam ki, onların problemi sırf zamanla bağlıdır. Köhnəliklə. Köhnə təfəkkürlə. Onlar yerində, relsində sayan, amma irəli gedə bilməyən bir zaman qatarının sərnişinləridir. Azərbaycan yeni dövrə, ərazi bötüvlüyünü təmin etmiş qalib durumda qədəm qoyur. Əliyevin şəksiz qələbəsi Paşinyan yetişdirən istixanaların üslubunu fərsiz elan etdi. Deməli Qalib gəlmək üçün İlham Əliyev olmaq, İlham Əliyev kimi olmaq lazımdır. Paşinyan kimi olmaq bəri başdan məğlub olmağın anonsudur. Paşinyanın məğlubiyyətinin hirsini Əliyevdən çıxmağa çalışan yerli güruh isə əslində özünü xatırlayaraq qəzəblənir. Onlar heç vaxt qələbə qazana bilməyəcələr! Keçmiş yaşamaq üçün deyil. Xatırlamaq üçündür. Xatırlayın, bəyciklər və gəlinciklər, xatırlayın!”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  2. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  3. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  4. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  5. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  6. Binədə yolu keçən qadını avtomobil vurub
  7. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  8. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  9. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  10. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?