azadses.az » Cəmiyyət » Mirşahin: “190 manatı həyat yolu hesab edən sərnişin avtobusu yox, taksini seçir...”

Mirşahin: “190 manatı həyat yolu hesab edən sərnişin avtobusu yox, taksini seçir...”

“Kiçik məmurun belə, azacıq ehtiyatsız ifadəsi sosial şəbəkələrdə zəlzələyə çevrilir. Gəlin yadımıza salaq. Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev kanallardan birində təmsil etdiyi qurumun əslində xeyirxah niyyəti barədə danışmışdı. Olduğu kimi təqdim edirəm: Bəs əslində nə deməliydi Hikmət müəllim? Publisistikaya varmadan bir fikri deməliydi. “Bizim təklifimiz belədir ki, taksi üçün xidmət haqqının yuxarı həddi müəyyənləşdirilsin. Yəni bu həddən aşağı olar, yuxarı yox. 

Daha dolğun şəkildə deyək: “ BNA konsepsiyasında vahid tarifin sistemi dedikdə qiymətin yuxarı həddi nəzərdə tutulub. Bu şəffaflıq baxımından olduqca vacibdir. Eyni zamanda vətəndaşa göstərilən xidmətin keyfiyyətini artırmağa və qiymətin vətəndaşın xeyrinə olan həddən yuxarı olmamasına imkan verir. Tələblərə əsasən taksilərdə sayğac olmalıdır. Sayğaclar isə gediş haqqını hər kilometr üçün tarifə əsasən hesablayır!” və s. Amma Hikmət müəllim öz düşüncələri ilə əlvanlaşdırdığı fikri elə birinci dubldan yola saldı və sosial şəbəkədə qəza vəziyyəti yaratdı. Sosial şəbəkənin kütləyə hesablanmış ayrı-ayrı istiqamətvericiləri isə linçə başladılar. Sonda həm Hikmət BNA-dakı işini itirdi. Həm də olduqca faydalı müzakirələr yarımçıq qaldı. Amma mütləq bu mövzuya qayıdılmalıdır. Təbii ki, ən həssas sosial təbəqənin imkanları nəzərə alınmaqla...”
 
''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
 
“Açıq danışaq, bir sıra taksi sürücülərinin ictimai nəqliyyata yaraşmayan tərzdə avtomobil idarə etməsindən azmı şikayət etmişik? Və ya az gileylənmişik sürücü yuxulu idi, əsəbi idi, sərxoş idi...? Sosial şəbəkələrdə taksi xidmətini lağa qoyan nə qədər telefon danışığı paylaşımı var? Agentlik həm də bu məsələləri tənzimləyən bir konsepsiya hazırladığını bildirirdi. Dispetçer xidməti buna görə nəzərdə tutulmalıydı. Agentliyin bir niyyəti də bu idi ki, bazarın bütün iştirakçılarına eyni şəraitin yaradılmasını, bazar iştirakçılarının sosial-iqtisadi mənafelərinin qorunmasını təmin edə bilsin. Bazarın bütün iştirakçılarının maraqları qorunsun, bazardakı bir və ya bir nəçə iştirakçı inhisarçılıq və ya bazar payının kəskin artırılması məqsədi ilə dempinq siyasətini həyata keçirməsin, bazar iqtisadiyyatının icazə vermədiyi üsullarla haqsız rəqabət şəraiti yaratmasın. Çünki Bakı müasir şəhərçilik mədəniyyətini əxz etməlidir. Elə etmək lazımdır ki, taksi ondan istifadə edənlər üçün əlçatan olsun. Yadımıza salaq ki, bir zamanlar Bakıda saysız-hesabsız kiçik köşklər, budkalar da var idi. Hər küçədə, prospektdə açıq havada piştaxtalar, masalar, stollar, kətillər qoyulmuşdu. Göyərtidən taxta qaşığa, dəftərxana vasitəsindən pomidor-xiyara qədər hər şey satılırdı. Onda əhalinin bir qrupunun ciddi müqavimətinə baxmayaraq səliqə-sahman yaradıldı. Oxşar tələblər və təkliflərdir. Sadəcə pandemiya şəraitini nəzərə almaq lazımdır. Ən pisi də budur ki, heç kim izahat işi aparmır. Təkcə taksi xidməti ilə yox. Ümumiyyətlə. Hər iki tərəfin məntiqini anlamaq çətindir. Məsələn, vətəndaş sosial şəbəkələrdə 190 manat uğrunda mübarizə aparır. Elə rəy yaranır ki, 190 manat həyat yoludur. Bir az sonra gömrük xidməti buyurur ki, qeyri kommersiya məqsədilə gətirilən mallar bir şəxs üçün 300 dollardan çox ola bilməz. Yəni 510 manat. Əslində məntiqə görə hər şey anlaşılandır. 190 manat söhbəti trend idi axı. Deməli bu məbləğdə az qala 3 dənə 190 var. İmkanlar nəzərə alınıb. Amma yox o saat etiraz şəbəkəsi cərəyan buraxır. Gömrük xidməti linç edilir. Yaxud Bakı Avtomobil Agentliyinin məsul işçisi, olsun lap ehtiyatsızlıqdan, axı qismən ağlabatan fikir deyir, yox? Yəni tanıdığımız sosial həssas sakin bir az əvvəl 190 manatın ümidinə qaldığını deyirsə, bu bədbəxt Hikmət də deyir ki, həmin sakin taksiyə verməyə hazırlaşdığı pula qənaət edərək avtobusa minsin. Amma gözlənilmədən sosial şəbəkə sakinləri etiraza qalxır və bayaq 190 manatı həyat yolu hesab edən sərnişin avtobusu yox, taksini seçir. Hörmətli tamaşaçılar, məni düz başa düşün. Biz indi sadəcə sosial şəbəkələrin manipulyasiyalarından, yaratdığı təzadlardan danışırıq. Məntiqlə vətəndaş doğrudan 190 manatın ümidinə qalmışdısa, deməli o gömrük limitinə də, taksidən istifadə tövsiyələrinə də məmnuniyyətlə razılaşmalıydı. Amma bu baş vermir. Əksinə, şəbəkə qızışır. Özü də texnologiya köhnədir. Yenə buranın fəal kontingentinin mövqe və düşüncələri xalqın maraq və tələbləri kimi qələmə verilir. Baxmayaraq ki, sosial şəbəkə heç bir halda xalq deyil. Onun müəyyən hissəsinin parasıdır. Nəsə bu para məhz, hakimiyyətə mesaj verir ki, vəziyyət çox gərgindir, xalq narazıdır və s. Fikir verirsinizsə, sosial şəbəkədə əsas xətt kimi cızılan, az qala buranın şəhadət kəlməsinə çevrilən “Söz azadlığı” da əslində böyük yalandır. Elə haqqında danışdığımız Hikmət Babayevin simasında baxaq. Baxın necə linç edirlər adamı? Bir ifadəsinə görə! Töhmət verilir. Saskitləşmirlər. İşdən çıxarılır-əl çəkmirər. İmkanları olsa hamının gözü qabağında bəlkə şallaqlayarlar da. Amma əslində belə olmamalıydı. Əgər gerçək söz azadlığından söhbət gedirsə! Deməli fiksiyadır bu! Bax elə buna görədir ki, bir daha sosial şəbəkədə iş mövzusuna toxunuram. Dövlət qurumları burada öz fəaliyyətlərini təşkil etməyi bacarmalıdırlar. Burada ardıcıl məğlubiyyətlərə uğramağa son verilməlidir. Klassikin məşhur fikrini frazalaşdırsaq, belə alınar: Azərbaycanda bir internet müxalifəti kabusu dolaşmaqdadır. Sosial şəbkələrdə antidövlət piar-ı aparılır və bunu guya hakimiyyəti tənqid adı ilə edirlər. Əslində isə iqtidar məsullarının qərarlarına təsir göstərmək üçün yalanlar, uydurmalar fakt adına ictimailəşdirilir” – M.Ağayev qeyd edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”