“Binə”, “Sədərək” və “mall”lar açılır? - AÇIQLAMA
- 23-12-2020, 15:33
- Cəmiyyət
Xəbər verdiyimiz kimi, dekabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər isə vəfat edib. Gündəlik yoluxanların sayı azalma dinamiksı ilə davam edərsə iri ticarət mərkəzləri növbəti aylarda açıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, yoluxmaların sayının azalması bizi aldatmamalıdır. Çünki məhz insanların bu rəqəmlərə arxayın olması sonra ciddi fəsadlara gətirib çıxarır. İnsanların stastistikaya arxayın olaraq, qoyulan qaydalara məsuliyyətsiz yanaşması gündəlik yoluxanların sayını 4000-nə, ölənlərin sayını isə 40-a çatdırdı.
Ona görə düşünürəm ki, yoluxmaların sayının artımasının qarşısını alan sərtləşdirici tədbirlər yanvarın 18-dən sonra da davam edə bilər. Yumşalmalar əvvəlki aylarda olduğu kimi mərhələli şəkildə olacaq. İri ticarət mərkəzlərinin açılması,yenidən insanların qrup şəkildə qapalı məkanlara toplaşmasına səbəb olacaq. Havaların soyuq olmasını və bu dövrdə virusun daha aktiv olmasını nəzərə alsaq iri ticarət mərkəzlərin açılamsı yenidən kütləvi yoluxmaya səbəb olacaq.
Belə ki, hava soyuq olduğundan ticarət mərkəzləri istilik sistemlərini qoşmalı olacaqlar. Bu virusun yayılmasına şərait yaradacaq. Hesab edirəm ki, biz məsuliyyətimizi bu formada qorumağa çalışmalıyıq. Qapadılan müəssisələrin tez açılamsı üçün öz məsuliyyətimizi dərk edib, qoyulan qaydalara əməl etməliyik. Onsuz da dövlətin müvafiq qurumları dəyərləndirmələr aparır. Bütün müəssisələrin bağlanması və insanların evdə oturması dövlətimiz üçün də yaxşı bir hal deyil.
Dövlətimiz vətəndaşlarımızı qorumaq üçün bütün imkanlardan istifadə edir. Bu istiqamətdə dövlətimizin atdığı addımlar insanlarımızın sağlam yaşaması və virusun ölkə daxilində daha geniş yayaılmasının qarşısını almağa istiqamətlənib. İri ticarət mərkəzlərinin açılması ilə bağlı ikinci və ya üçüncü mərhələdə addımlar atıla bilər. Çünki birinci mərhələdə xırda mağazaların açılması gözlənilir. Yaz və bahar aylarında yəni martda iri ticaarət mərkəzləri açıla bilər. Əlbəttə, bütün bu yoluxmaların sayından və insanların qoyulan qaydalara əməl etməsindən asılı olacaq".