Bayram günlərində restoranların fəaliyyətinin bərpa edilməsi ilə bağlı AÇIQLAMA
- 23-12-2020, 11:44
- Cəmiyyət
Xəbər verdiyimiz kimi dekabrın 14-dən yanvarın 18-nə kimi ölkə ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Artıq görülən tədbirlər nəticəsində gündəlik yoluxma sayı 2 dəfə azalıb. Qeyd edək ki, sərtləşdirilmiş karantin rejiminə görə kafe və restoranlarda yerində xidmət dayandırılıb.
Yoluxanların sayında azalma dinamikası davam edərsə bayram günlərində kafe və restoranların ənənəvi formada fəaliyyəti bərpa edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Jalə Əliyeva bildirib ki, 10 aya yaxındır ki, koronavirusla bağlı dövlət tərəfindən mərhələli atılan addımların şahidi oluruq:
" Atılan bütün bu addımların məqsədi vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Əlbəttə bu tədbirlər gücləndikcə gündəlik yoluxanların sayı azalır. Biz bu azalma dinamikasının bir neçə dəfə şahidi olduq. Son görülən tədbirlərdən sonra da biz yoluxanların sayında yenidən azalmalar müşahidə edirik. Əlbəttə bu sevindiricidir. Bu nəticələrin əldə edilməsində vətəndaşlarımızın məsuliyyətli olub, qaydalara əmək etməsi də böyük rol oynayır.
Son bir neçə gündə 2 dəfə azalmanın şahidi olduq. Azalma dinamikası bu formada davam edərsə, yenidən Operativ Qərargah yumşalmalara gedə bilər. Yəni bağlanan müəssisələrin, restoranların və digər ictimai-iaşə obyektlərin fəaliyyətinin bərpası müzakirə oluna bilər. Təbii, bu qərarı biz deyil,səlahiyyətli qurumlar verəcək".
Deputat qeyd edib ki, Operativ Qərargah mövcud vəziyyəti,yoluxma və ölüm hallarını və təhlükəsizliyi nəzərə alaraq qərar verəcək:
"Təbii ki, iş yerlərinin və müəssisələrin bağlanması dövlətə böyük ziyandır. Əlbəttə heç bir dövlət öz istəyi ilə deyil,vətəndaşını qorumaq üçün bu addımı atır. Hesab edirəm ki, Allahın köməkliyi ilə gələn il bütün bu tədbirlər aradan qalxacaq və biz rahat, normal həyatımıza qayıdacağıq".