Xudayarın silahdaşları İLK DƏFƏ DANIŞDI: Son döyüşündə dedi ki... - EKSKLÜZİV FOTO/VİDEO
- 9-12-2020, 08:26
- Cəmiyyət
Vətənimizin qəhrəman oğulları 30 ildir həsrətində olduğumuz torpaqlarımızın hər qarışını əsarətdən azad etdikcə sevinirdik, illərdir bu anı gözləyən 10 milyon ürək sevincdən az qaldı yerindən çıxsın, qürurdan ürəyimizin döyüntüləri də artırdı, ancaq hər gün neçə ürəyin buna görə döyüntüsü kəsildi. Yüzlərlə can, arzu torpaq oldu. Onlar mərdlik nümayiş etdirib, tarix yazdılar, şəhid oldular. Qarabağ boyda igidlər başlarını əymədən, gülərək, oxuyaraq, bir-birlərini ruhlandırıb, Vətəni səsləyərək mərdcəsinə yeridilər ölümün üstünə. Əlində silah, dilində vətən nəğməsi, ürəyində Azərbaycanı deyib getdilər əsirlikdə qalan Vətəni xilas etməyə...
Belə oğullarımızdan biri də ölümü ilə bütün Azərbaycana səs salan, məlahətli ifası ürəkləri titrədən şəhid gizir Xudayar Yusifzadədir.
Xudayarın anası Radə Qurbanova oğlu ilə bağlı xatirələrini Publika.az-la bölüşüb. Şəhidimizin anası deyir ki, oğlum yuxularıma gəlir, oyanmaq istəmirəm Xudayarlı yuxulardan.
Dastana çevrilən şəhidimizin döyüş yoldaşları isə deyir ki, o, təkcə döyüşmürdü, həm də onları ruhlandırırdı, haqq savaşına, mübarizəyə səsləyirdi. Xudayarın silahdaşları onun iştirak etdiyi son döyüşü və şəhidimizin orada dediyi son istəyini Publika.az-a danışıblar və şəhidimizin döyüş bölgəsində çəkilən, heç yerdə olmayan fotolarını bölüşüblər.
Ətraflı videomaterialda tanış ola bilərsiniz: