“Qəhrəman şəhər” statusu hansı yaşayış məntəqələrinə veriləcək? - AÇIQLAMA
- 23-11-2020, 09:55
- Cəmiyyət
“Vətən müharibəsində Ermənistanın təcavüzünə tab gətirən şəhərlərimizə “Qəhrəman şəhər” statusunun verilməsi çox yaxşı olardı”.
Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
“İkinci Qarabağ savaşında Tərtər, Bərdə, Gəncə kimi şəhərlərimiz çox ağır formada hücumlara məruz qaldı. Ancaq Tərtər şəhəri ön cəbhədə yerləşdiyindən daha çox mərmi hücumları ilə üz-üzə qalmışdı. Demək olar ki, mülki vətəndaşlar erməni vəhşiliyini hər gün yaşamaq məcburiyyətində idilər”,-deyə parlament üzvü əlavə edib.
Deputat məsələni Milli Məclisdə müzakirəyə çıxarmağı da düşünür:
“Sabah parlamentin iclasında “Qəhrəman şəhər” statusunu gündəmə gətirməyə çalışacam. Düşünürəm ki, buna ehtiyac var”.
Fəzail Ağamalı “Qəhrəman şəhər” statusunun erməni vəhşiliyini dünyaya göstərmək üçün bir vasitə olduğunu bildirib:
““Qəhrəman” şəhər statusunun verilməsi həm də dünyaya erməni vəhşiliyini göstərmək üçün bir vasitədir. Düşünürəm ki, dağıntılara məruz qalan o cür şəhərlərimizi tam bərpa etmək lazım deyil. Orada dağılmış bəzi tikililəri eksponat kimi saxlamaq lazımdır. Həm yerli, həm də xarici turistlər üçün həmin məkanları ziyarətə çevirmək yaxşı olar ki, erməni vandallığı ilə yerində tanış olmaq mümkün olsun”.