Minnesotada yaşayan soydaşlarımızdan Gəncə terroruna ETİRAZ
- 26-10-2020, 13:02
- Siyasət
ABŞ-ın Minneasota ştatının Minneapolis şəhərində yaşayan soydaşlarımız Kapitol binasının önündə icazəli aksiya keçirib.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, aksiya zamanı işğalçı Ermənistan ordusunun Gəncə şəhərində terror aktları törətməsi, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsi pislənilib.
Minneasota Azərbaycan İcmasının təşəbbüsü ilə keçirilən aksiyada soydaşlarımız Gəncə terrorunun qurbanlarının xatirəsini yad edib və erməni separatizminin nəinki Azərbaycana, bütövlükdə bəşəriyyətə qarşı böyük təhlükə olduğunu bildiriblər.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti qınayan aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və mülki əhaliyə qarşı törədilən terror aktlarına biganə qalmamağa səsləyiblər.
Aksiya iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra əllərində tutduqları “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi plakatlarla Hennepin dairə Məhkəməsinin binasından Nikolet Mola doğru yürüş ediblər.