azadses.az » Siyasət » Malik Həsənov: Erməni təbliğatının feyklərini ifşa etmək hər kəsin vətəndaşlıq borcudur

Malik Həsənov: Erməni təbliğatının feyklərini ifşa etmək hər kəsin vətəndaşlıq borcudur

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində  həlli üçün möhkəm hüquqi baza mövcuddur. Dağlıq  Qarabağın  Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapıb. Bugünümüzün əsas çağırışlarından biri  döyüş meydanı ilə yanaşı, informasiya müharibəsində də  üstünlüyümüzü təmin etmək, Ermənistanın feyk xəbərlər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdlərinin qarşısını almaq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır.” 
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
 
Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusu sentyabrın 27-də qətiyyətli  əks-hücum əməliyyatlarına  başlayandan ölkəmizə  qarşı, xüsusilə sosial mediada əks təbliğat kampaniyasına geniş şəkildə start verilib: “Möhtərəm Prezidentimiz  İlham Əliyevin son günlər “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Rossiya-1”, “Pervıy kanal”, “TRT Haber”, “CNN Türk”, “Euronews” televiziya kanallarına,  dünyanın digər nüfuzlu aparıcı kütləvi informasiya vasitələrinə müsahibələri Azərbaycan həqiqətlərini,  Ermənistanın son təxribatlarının əsl mahiyyətini, işğalçı dövlətin rəhbərliyinin münaqişənin həlli ilə bağlı qeyri-konstruktiv mövqeyini və yeni ərazilər uğrunda müharibə planlarını,  erməni təbliğat maşınının dünyaya yalan  xəbərlər yaymaq cəhdlərini ifşa edərək qarşı tərəfin bugünədək problemin sülh danışıqları yolu  ilə nizamlanmasında maraqlı olmadığını, havadarlarının ona dəstək verdiklərini faktlar əsasında bir daha diqqətə çatdırıb. Bu, dövlətimizin diplomatiya sahəsində  böyük uğuru, qələbəsidir.”
 
“Azərbaycana  qarşı qərəzli təbliğat uzun illərdir aparılır” söyləyən M.Həsənov vurğulayıb ki, bunu şərtləndirən əsas amillərdən biri  ölkəmizin dünya miqyasında müstəqil siyasət  həyata keçirməsi, bu siyasətin mərkəzində dövlətimizin, xalqımızın maraqlarının  dayanmasıdır: “Bugünkü Azərbaycanın  bütün istiqamətlər üzrə  inkişafı göstərir ki, ölkəmiz haqq yolundadır. Azərbaycanın   hazırda BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik etməsi,   120 ölkənin dəstəyini qazanması dövlətimizin qətiyyətli və ədalətə söykənən siyasətinin nəticəsidir.  Azərbaycan bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji körpüsüdür. Ölkəmizin müstəqil siyasətini, davamlı uğurlarını qəbul etməyən dairələr, dövlətlər əssasız təbliğatlara üstünlük verərək, beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirməyə cəhd edirlər. Amma bu cəhdlər bugünkü reallıqlardan da göründüyü kimi, əsaslı faktların, tarixi həqiqətlərin qarşısında boşa çıxır. Ermənistan Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladığı gündən  Türkiyənin  guya bu münaqişəyə cəlb olunmasını iddia etməklə Silahlı Qüvvələrimizin uğurlarının üzərinə kölgə salmağa,  məğlubiyyətlərini müxtəlif yollarla ört-basdır etməyə  çalışır. Amma reallıq budur ki, Türkiyənin prosesə cəlb edilməsi yalnız münaqişədən sonrakı dövrdə  siyasi nizamlanma kontekstində nəzərdə tutulur.  Ermənistanın yaydığı digər feyk xəbər guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurmasıdır.  Məlum oldu ki,  erməni pilot, sadəcə, peşəkarlıq baxımından o qədər də hazırlıqlı olmayıb və təyyarə dağa çırpılıb. İşğalçı dövlət belə yalan xəbərləri dövriyyəyə buraxmaqla beynəlxalq rəyi çaşdıracağını düşünsə də bunun mümkünsüzlüyünün fərqindədir.” 
 
M.Həsənov dünyanın ikili siyasətinin hər bir məsələdə özünü qabarıq şəkildə büruzə verdiyini bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə  BBC kanalına müsahibəsi diqqətdən kənarda qala bilməz. Jurnalistin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sualının cavabında N.Paşinyanın  beynəlxalq hüququn mövcudluğunu gülüşlə qarşılaması dünyanın siyasi mənzərəsini yaratdı. Beynəlxalq hüququ inkar edən “bir rəhbər”in danışıqlar masası arxasında əyləşməsi, ən əsası ədalətli mövqe ortaya qoyması nə dərəcədə real ğörünə bilər? Dünya atəşkəsə çağırışlar edirsə, öncə bu kimi məsələlər barədə düşünməlidir.”
 
Millət vəkili qeyd edib ki, bu gün birliyimizə, həmrəyliyimizə, real faktlara, tarixi həqiqətlərə, beynəlxalq hüququn norma və prinsiplərinə  əsaslanan təbliğatımıza söykənərək hücum diplomatiyasını davam etdirməli,  erməni yalanlarına qarşı həqiqətlərimizi qoymalıyıq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın   “Instagram” səhifəsində “Həqiqəti Paylaş!” başlığı altında Azərbaycan xalqına çağırışı da bugünümüzün əsas tələblərini özündə ehtiva edir: “ Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”