azadses.az » Siyasət » Numan Kurtulmuş: "Azərbaycanın zəfər qazanacağı şübhə doğurmur"

Numan Kurtulmuş: "Azərbaycanın zəfər qazanacağı şübhə doğurmur"

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib.
Bu barədə "Report"a YAP-dan məlumat verilib.
Bildirilib ki, videokonfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov iştirakçıları salamlayıb və bildirib ki, bu tədbir Azərbaycan-Türkiyə qardaşlığının bir ifadəsidir. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət iki dövlət” kəlamı hər iki ölkədə dillər əzbəridir. Ə.Əhmədov qeyd edib ki, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından və dostluğundan danışır. Eyni zamanda bu dostluğun və qardaşlığın Azərbaycanın ədalətli savaşında nə qədər böyük dəstək verdiyini özündə ehtiva edir.
Ə.Əhmədov problemin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin prinsipal mövqeyini bir daha diqqətə çatdırıb və bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib.
Ədalət və İnkişaf Partiyasının Baş katibinin müavini, İstanbul millət vəkili Numan Kurtulmuş videokonfransda çıxış edərək Türkiyənin qardaş Azərbaycanın haqq mübarizəsində hər zaman yanında olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi uğrunda mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti və xalqı birmənalı olaraq dəstək verir. Numan Kurtulmuş söyləyib ki, dünyada bəzi dairələr tərəfindən əngəl olmağa çalışılsa da, Azərbaycanın haqlı mübarizəsinin zəfər qazanacağı şübhə doğurmur. “Bu bölgədə sülhün və sabitliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir”, - o bildirib.
Videokonfransda həmçinin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunu rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TBMM-nin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ədalət və İnkişaf Partiyasının baş katibinin müavini, millət vəkili Fatih Şahin, Adananın millət vəkili Jülide Sarıeroğlu, İstanbul millət vəkili Mahir Ünal, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova və Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxış ediblər.
Çıxışlarda Azərbaycanla Türkiyənin dostluq və qardaşlığının əhəmiyyətindən bəhs olunub, Azərbaycanın öz doğma torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizəsinə dəstək ifadə edilib və bu məsələdə Türkiyənin mövqeyi yüksək dəyərləndirilib. Eyni zamanda, YAP və AKP arasında əlaqələrin inkişaf prespektivlərinə dair fikir mübadiləsi aparılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?