Məşhur müğənnidən Ermənistanın təcavüzkarlığını qınayan paylaşım
- 29-09-2020, 16:27
- Cəmiyyət
Əslən Azərbaycandan olan rusiyalı ifaçı Jony (Cahid Hüseynli) “Instagram” hesabından Ermənistanın təcavüzkarlığını qınayan paylaşım edib.
“Dağlıq Qarabağın işğalı 30 ildir davam edir. Azərbaycan bu münaqişənin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün əlindən gələni edib.
BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və bir sıra digər beynəlxalq təşkilatlar qondarma Dağlıq Qarabağ Respublikasını tanımayıbar və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyiblər.
Lakin Ermənistan bu ərazini azad etmək və geri qaytarmaq üçün heç bir tədbir görmədi. Bütün bunlar hərbi əməliyyatların başlanmasına səbəb oldu.
Artıq hər iki tərəfdə çox sayda itki var və Ermənistan siyasətçiləri qan tökülməsini dayandırmaq, Azərbaycanın tanınmış statusa sahib qanuni torpaqlarını qaytarmaq əvəzinə, adamlarını Azərbaycanın erməni xalqına və müstəqilliyinə müharibə elan etdiyinə inandıraraq müharibəyə təhrik etməyə davam edirlər”, - deyə o qeyd edib.Oxu.az