azadses.az » Manset » İdlib nə üçün bu qədər mühümdür? - TƏHLİL

İdlib nə üçün bu qədər mühümdür? - TƏHLİL

“Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir düşüncəmizin olmadığını hər kəs bilir. Bizim yeganə istəyimiz rejimin qətliamına son qoyması və bununla da radikallaşma və köçün qarşısını almaqdır”.
Bu açıqlamanı martın 2-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar verib. Nazir özü isə gecə boyunca Suriya sərhədində əməliyyat qərargahından İdlibdəki hərbi əməliyyatı idarə edib.
Nazir Akar artıq bir həftəyə yaxındır İdlibdə aktiv hərbi əməliyyatlara komandanlıq edir. Ötən həftə Türkiyə ordusu müxaliflərdən ibarət “Suriya Milli Ordusu” birləşməsinin üzvləri ilə birlikdə İdlibdə hərəkətə keçib. Ordu birləşmələri ilk olaraq Neyrab qəsəbəsini hökumət qüvvələrindən geri aldıqdan sonra İdlibin əsas strateji rayonu olan Səraqibə hücum edərək ələ keçirib.
Fevralın 27-də gecə İdlibə göndərilən Türkiyə ordusu konvoyu Suriya aviasiyasının hücumuna məruz qalıb. Nəticədə, 34 Türkiyə hərbçisi öldürülüb, 32 nəfər isə yaralanıb. Bundan sonra İdlibdə vəziyyət daha da gərginləşib.
Hadisə Türkiyədə böyük kədərə səbəb olub. Bu hadisəyə cavab olaraq Türkiyə ordusu artilleriya və raket qüvvələri vasitəsilə İdlib, eləcə də, Hələb və Hama şəhərlərini atəşə tutub. Rəsmi Ankara bəyan edib ki, hökumət qüvvələri hədəfləri məhv ediləcək.
Sonrakı günlərdə Suriya ordusu, eləcə də, dəstək qüvvələri, İran ordusu hissələri, Hizbullah döyüşçüləri Türkiyə artilleriyası və pilotsuz uçuş aparatları tərəfindən bombalanıb. Nəticədə, çoxlu sayda canlı qüvvə və texnika məhv edilib.
Türkiyə Suriya ordusuna məxsus iki ədəd SU-24 bombardmançı təyyarəsini vurub. Türkiyə ordusu bu əməliyyatlarda xüsusən də yeni raket komplekslərindən və ən əsası, PUA-lardan geniş istifadə edib. 
Suriya İnsan Haqları Müşahidə Evinin məlumatına görə, İdlibdə Türkiyə PUA və dronlarının hücumları nəticəsində Suriya ordusunun 19 hərbçisi həlak olub. Həmçinin, Hizbullah və İranın dəstəklədiyi qüvvələrin 21 silahlısı ölənlər arasındadır. Türkiyə Müdafiə Nazirliyi isə Suriya ordusundan ölənlərin sayının iki mindən çox olduğunu bildirir.
Bu hücumlarda bir Türkiyə PUA-sı vurulsa da, rus hərbi mütəxəssisləri dronların döyüşün gedişinə ciddi təsir etdiyini bildirir. Ötən müddətdə PUA-larla 200-dən artıq hədəf vurulub.
Hazırda Türkiyə ordusu ANKA və “Bayraktar” tipli raket ata bilən PUA-lar, bomba atmaq imkanına malik “Togan”, eləcə də, avtomatik silahlardan atəş aça bilən “Songar” dronlarından geniş istifadə edir.
Türkiyə aviasiyası hava məkanı bağlandığı üçün Suriya ərazisinə daxil ola bilməsə də, müasir raketlər vasitəsilə Suriya ərazisindəki hədəfləri vurub. Ən ciddi zərbəni isə Türkiyə dronları yetirib. Yalnız martın 2-də Suriya hökuməti Suriya hava məkanını bağladığını elan etdikdən sonra hücumlar dayanıb.
Bundan sonra hücuma keçən Suriya və Hizbullah qüvvələri ötən gün Səraqib və ətrafını yenidən ələ keçirib. Axşama doğru Rusiya hərbi polisi Səraqibə daxil olub. 
Türkiyə hökuməti İdlibdəki toqquşmadan sonra aktiv diplomatiya həyata keçirib. NATO-nun toplantısı çağırılıb, Türkiyə prezidenti ABŞ, Fransa, İran, Rusiya prezidentləri ilə telefonla danışıb. Ancaq gözlənildiyinin əskinə, NATO və ABŞ Türkiyəyə real hərbi dəstək verməyib.
Ankaranın ABŞ-dan “Patriot” zenit-raket kompleksləri istəyi də Pentaqon tərəfindən mənfi cavablandırılıb. Martın 2-də ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft və ABŞ prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Ankaraya gəlib.
Cəbhədə əməliyyatlar davam edir. Türkiyə hökuməti rəsmi Dəməşqə fevralın sonuna qədər İdlib razılaşması əsasında Türkiyə ordusunun atəşkəsə nəzarət məntəqələrinin olduğu nöqtələrdən geri çəkilməyi tələb edir. Bu tələbə əməl edilmədiyi üçün Ankara İdlibdə “Bahar qalxanı” əməliyyatı başladı. Martın 3-də Türkiyə ordusu Suriya ordusuna məxsus L-39 döyüş təyyarəsini vurub. 
İndi bütün nəzərlər martın 5-də keçiriləcək Ərdoğan-Putin görüşünə dikilib. Türkiyənin hakim partiyası AKP-nin sözçüsü Ömər Çelik deyib ki, Suriya hakimiyyətinin hücumlarını dayandırmaq və hökumət qüvvələrini Soçi razılaşması sərhədlərinə geri çəkmək Rusiyanın öhdəliyidir. 
Məsələ ondadır ki, İdlibdəki vəziyyətlə bağlı oxşar mövqeyi Rusiya tərəfi də sərgiləyir. Rusiya rəsmiləri bildirir ki, Türkiyə Soçi razılaşmasına əməl edə bilməyib, buna görə də terror qruplaşmalarına qarşı hərbi əməliyyat Suriya hakimiyyətinin qanuni haqqıdır. 
Bəs Soçi razılaşması nədir və orada nələr vardı? 
Əvvəlcə onu qeyd etmək lazımdır ki, haqqında son dövrlər tez-tez bəhs olunan Soçi razılaşması 2018-ci il sentyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlib vilayətinin taleyini müəyyən edən razılaşmadır. Soçi razılaşmasının kökü isə bir il əvvəl - 2017-ci ildə Astanada əldə olunmuş razılaşmadır. Astana razılaşmasına əsasən, Suriya ərazisində İdlib də daxil olmaqla, bir neçə regionda atəşkəsə nəzarət məntəqələri yaradıldı. İdlibdəki atəşkəsə nəzarət məntəqələrinin 12-də Türkiyə ordusu yerləşəcəkdi. 
Soçi razılaşması isə Astana razılaşması üzərindən İdlibdə qərbdən şərqə doğru silahsızlaşdırılmış zolağın yaradılmasını nəzərdə tuturdu. Soçi razılaşmasına əsasən, Suriya ordusu İdlibdəki əməliyyatlarını dayandırır, bunun əvəzinə silahsızlaşdırılmış zolaqdan ağır texnika və silahlılar çəkilməli idi. Bundan başqa, Laziqiyyətini Hələbə birləşdirən M-4 və Dəməşqi Hələbə birləşdirən M-5 yolu hökumətin nəzarətində olacaqdı. Həmçinin, İdlibdəki terrorçu qüvvələr vilayətdən çıxarılacaqdı, qalan ərazidə müxaliflər yerləşəcəkdi. 
Ancaq ilk həftələrdə İdlibdəki silahlı qruplar müəyyən qədər geri çəkilsə də, sonradan bu planı reallaşdırmaq mümkün olmadı. İdlibdə silahsızlaşdırılmış bölgə yaradılmadı. İdlibdə əsas gücə sahib olan islamçı radikal qruplar razılaşmaya tabe olmadılar və əksinə, vilayətdə nəzarəti daha da artırdılar. 
Suriya hökuməti və rəsmi Moskva məhz bunu əsas gətirərək, Soçi razılaşmasının pozulduğunu, buna görə silahlı qruplara əməliyyatın qaçılmaz olduğunu bildirir. Təbii ki, ara-sıra Suriya ordusu və Rusiya bazalarına hücumlar edən İdlibdəki qruplar da rəsmi Dəməşqə arqument verirdilər. 
Türkiyə isə Müdafiə naziri Hulusi Akarın yuxarıda qeyd olunan sitatına əsaslanaraq, atəşkəsin qorunub saxlanması, Soçi razılaşmasının davam etdirilməsini tələb edir. Çünki əks təqdirdə İdlibdə humanitar fəlakət baş verməsi, yeni qaçqınlar ordusunun yaranması təhlükəsi var. Çünki ötən üç ildə Suriyanın müxtəlif bölgələrindən hökumətə müxalif olan suriyalılar İdlibə köçürülüb.
İndi isə İdlib Bəşər Əsəd qüvvələrinin əlinə keçəcəyi təqdirdə, bu insanların İldibdə qalmayacağı, əksəriyyətinin Türkiyəyə qaçacağı və Ankara üçün əlavə bir milyonluq qaçqın ordusu yaranması təhlükəsi var. Digər tərəfdən, İdlibdə hazırda 70 mindən çox silahlı var. Bunların içərisində Əl-Qaidə üzvləri, radikal islamçılar, həmçinin, uyğur cihadçılar da var. Bu şəxslərin İdlibdə qalması mümkün deyil, eyni zamanda, onların Türkiyəyə buraxılması da Ankara üçün riskdir. Bu səbəbdən Ankara hansı şərtlərdə olursa-olsun, İdlibin hazırkı statusunda atəşkəs rejimində qalmasına çalışır. 
Məsələnin daha bir problemli tərəfi odur ki, İdlib hökumətin əlinə keçərsə, faktiki olaraq Suriyada ölkə daxilində silahlı müxalifətin (kürdlər istisna olmaqla – R.Q.) əlində ərazi qalmır. Yəni Suriyada ərazi üzərindən vətəndaş müharibəsi başa çatır. Başqa sözlə, İdlib həm də Suriya müxalifəti üçün son qaladır. 
Ankara yuxarıda qeyd olunan səbəbləri nəzərə alaraq, bu “qalanın” qorunub-saxlanmasına çalışır. Çünki bu, həm də Türkiyənin Suriya siyasətində həlledici məsələdir. Və aydındır ki, bütün bunların əksi Rusiya və Suriya hakimiyyətinin qalibiyyətidir. Bu səbəbdən də hər iki tərəf geri çəkilmək istəmir, çəkilə bilmir. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”