İqbal Məmmədov: "Belə özbaşınalıq olmaz axı!"
- 23-08-2020, 09:09
- Siyasət
“Bu gün kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir”.
Bunu KONKRET.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, pandemiya görə Azərbaycan toy, nişan və digər insanların kütləvi toplaşdığı mərasimlər qadağandır: “Aylardır valideynlər və gənclərimiz səbirlə bu qadağanın götürülməsini gözləyir ki, arzularını reallaşdırsın. Belə özbaşınalıq olmaz axı. Bu gün hər kəs qanun qarşısında bərabərdir. Biz insanlara hər dəfə məsləhət görürük ki, qaydalara qanunlara riayət edin.
Bir tərəfdən də bəzi insanlar tutduğu vəzifədən sui-istidadə edib bu cür qanunsuzluqlara yol verirlər. Belə hallar haqlı olaraq vətəndaşlarımızda dövlətimizə qarşı inamsızlıq yaradır. Baş verilənlərlə bağlı atılan addımlar bir daha onu göstərdi ki, Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə edilir. Cənab prezident keçirdiyi bütün müşavirələrdə vurğulayıb ki, nazirlərin, deputatların, icra başçılarının və vəzifəyə gətirilən digər şəxslərin hər biri xalqa xidmət etməlidir.
Vəzifəsindən sui-istifadə edib bu cür qanunsuzluqlara yol verməməlidir. Təəssüf edirəm ki, keçmiş və hazırki deputat həmkarlarım da o toyda iştirak edib. Bu cür addımlar və özbaşınalıq qəbuledilməzdir. Bir tərəfdən belə addımlar yoluxmanın sayını artıraraq aylardır dövlətimizin, səhiyyə işçilərinin və polislərin əməyini heçə endirərək yükünü daha da artırır. Yayılan videolara baxanda orada aydın görünür ki, qonaqlar karantin qaydalarını pozublar, onlar maskasızdır və sosial məsafə də qorunmayıb. Vəzifəsindən asılı olmayaraq heç kimin bu formada karantin qaydalarını ələ salmaq və əməl etməmək haqqı yoxdur. Hesab edirəm ki, bu baş verənlər digərlərinə də ibrət olacaq. Anlayacaqlar dövlətimiz vəzifə ilə deyil, qanunlarla idarə olunur və hər kəs qanun qarşısında bərabər hüquqludur”.