Bakıdakı beynəlxalq konfransa Avstriya, Almaniya və İngiltərədən nümayəndələr qatılıblar
- 21-02-2024, 10:29
- Siyasət
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransda Avstriya, Almaniya, İngiltərə və digər ölkələrdən nümayəndələr iştirak edirlər.
“Report”un məlumatına görə, bunu AMADA-nın icraçı direktoru Təhminə Tağı-Zadə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə baş tutan tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Çin, ABŞ kimi ölkələrdən “online” qoşulanlar da var: “2024-cü ilin olimpiya ili olmasına şadam. Milli Antidopinq Agentlikləri arasında ilin ilk konfransı Azərbaycanda təşkil olunur. Təmiz idman üçün bu, böyük tədbirdir. Konfransın təşkilində dəstək göstərən bütün qurumlara təşəkkürümü bildirirəm. Fevralın 23-də Qubada ikinci konfrans baş tutacaq”.