“Vüqar Həşimov Memorialı-2022”nin afişası “Times” meydanında nümayiş olundu - FOTO
- 10-12-2022, 20:19
- İdman
![](/uploads/posts/2022-12/medium/1670688898_c9f0cd1b-f090-3a1a-8447-f6224d565e04.jpg)
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Nyu-York sakinləri yarış barədə məlumatı meydanda quraşdırılmış monitorlar vasitəsilə izləyiblər.
“Vüqar Həşimov Memorialı-2022”də yeddi ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.