azadses.az » Siyasət » Səfir: "Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır"

Səfir: "Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanmalıdır"

"İki ölkə arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, eləcə də ərazi iddialarından imtina edilməsinə əsaslanan sülh sazişi tezliklə imzalanmalıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın tanınmış dövlət telekanalı olan PHOENIX telekanalına müsahibəsində deyib.

Diplomat təxminən 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi hərbi təcavüz, Azərbaycan ərazisinin 20 faizini zəbt etməsi, işğal olunmuş ərazilərdə həyata keçirdiyi etnik təmizləmələr, maddi və mədəni irsi barbarcasına məhv etməsi, 1 miyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən ətraflı söhbət açıb: "2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində imzalanmış üçtərəfli bəyanata zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi 10 000-ə yaxın əsgərini ərazilərimizdən çıxartmayıb və bu silahlı hərbi birləşmələr Azərbaycan vətəndaşlarına qarşı terror və müxtəlif növ təxribatları davam etdirib. Ermənistan Azərbaycanın təxribatlara son qoymaq və qanunsuz silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarmaqla bağlı uzunmüddətli tələblərinə məhəl qoymayıb, ərazilərimizdə yeni minalar yerləşdirərək vətəndaşlarımızın ölümünə səbəb olub. Nəticədə Azərbaycan beynəlxalq hüquqa görə özünəməxsus ərazilərdə lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur olub. Azərbaycan Ordusu 24 saatdan az çəkən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərinə əməl edərək mülki şəxsləri və ya onların məskunlaşdığı yerləri hədəf almayıb, yalnız hərbi obyektlər məhv edilib".

N.Ağayev Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olaraq nəzərdən keçirildiyini, onların Azərbaycanda həyatın bütün sahələrinə reinteqrasiya edilməsi, habelə sözügedən bölgədə yaşamalarını davam etdirmələri üçün bütün şəraitin yaradıldığını, onların təhlükəsizliyinin və bütün hüquq və azadlıqlarının təmin edildiyini söyləyib.

Səfir Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub, iki ölkə arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, eləcə də ərazi iddialarından imtina edilməsinə əsaslanan sülh sazişinin tezliklə imzalanmasının zəruriliyini ifadə edib.

N.Ağayev həmçinin bir sıra mətbu orqan, ekspert və siyasətçilər tərəfindən Azərbaycana qarşı aparılan qərəzli yanaşmanı da tənqid edib: "Azərbaycan xalqına qarşı saysız-hesabsız cinayətlər törətmiş Ermənistan 30 il ərzində nəinki sanksiyalara məruz qalmayıb, ona bu cinayətlərə son qoyması üçün hər hansı təzyiq belə göstərilməyib".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?