azadses.az » Siyasət » Erməni cinayətləri Perunun ən çox nəşr olunan qəzetində

Erməni cinayətləri Perunun ən çox nəşr olunan qəzetində

Perunun ən çox oxunan “El Comercio” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.

''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, münaqişənin tarixindən danışan səfir Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin beşdə birinin 30 ilə yaxın Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və Ermənistanın bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını öz evlərindən qovduğunu bildirib.

Azərbaycanın daim münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu deyən səfir Ermənistanın məqsədininsə hər zaman Dağlıq Qarabağdakı işğalın nəticələrini gücləndirmək olduğunu, bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistandan işğal etdiyi əraziləri dərhal azad etməsini tələb edən qətnamələrin tələblərinə bu günə kimi məhəl qoymadığını və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da heç bir nəticə əldə olunmadığını qeyd edib.

Səfir bildirib ki, Ermənistanda 2018-ci ildə milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat əməlləri artıb, 27 sentyabr tarixindən etibarənsə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı geniş miqyaslı hücumlar həyata keçirməyə başlayıb, bu hücumlar mülki əhali arasında çoxsaylı itkilərə səbəb olub, nəticədə Azərbaycan ordusu özünümüdafiə hüququ çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başlayıb.

İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini deyən Məmməd Talıbov işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini söyləyib.

Səfir imzalanan bəyanatın münaqişəyə tam son qoyması haqda sualla bağlı Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozduğunu, hazırda isə bölgədə sülhməramlı qüvvələrin yerləşdirildiyini, əldə olunan razılaşmanın davamlı olacağına ümidvar olduğumuzu, hər bir halda Ermənistanın öz ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkib öz xalqını barışığa hazırlamalı olduğunu bildirib.

Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, burada 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanların, o cümlədən on minlərlə erməninin yaşadığını, bu baxımdan Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilərlə də heç bir problemin olmadığını deyən M.Talıbov ermənilərin insanlıq əleyhinə cinayətlər törətməsinə, bu səbəbdən birgə yaşayışın xeyli müşküllüyünə baxmayaraq, bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarına qayıtmasından sonra iki xalqın birlikdə barışıq içində yaşaması gərəkliyini qeyd edib.

Səfir Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu, iki ölkə arasında sıx tarixi-mədəni və iqtisadi bağlar mövcud olduğunu, birgə həyata keçirilən layihələrinin Avropanın da enerji təhlükəsizliyinə önəmli töhfə verdiyini, bununla belə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən digər ölkələr kimi Türkiyənin də beynəlxalq hüquqa istinad edərək bu mövqedən çıxış etdiyini vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı