Şahin Mustafayev: “Ermənistanla münasibətlərin normallaşmasında maraqlıyıq”
“Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.
“Azərbaycan artıq sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur və bu, ilk növbədə Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi çərçivəsində əldə edilə bilər”, - o qeyd edib.