azadses.az » Dünya » Ekspert: “Azərbaycan işğaldan azad edilmiş ərazilərini tez və məharətlə bərpa edir”

Ekspert: “Azərbaycan işğaldan azad edilmiş ərazilərini tez və məharətlə bərpa edir”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərini tez və məharətlə bərpa etməklə yanaşı, ölkənin müdafiə potensialını gücləndirməkdə davam edir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının Baş redaktoru İqor Korotçenko bildirib.

“Son iki ildə Azərbaycan iqtisadi və müdafiə potensialını ciddi şəkildə gücləndirib. İşğaldan azad edilmiş ərazilərdə biz dirçəliş, irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsini görürük. Yeni yollar, “ağıllı şəhər”lər və kəndlər salınır, sənaye və nəqliyyat infrastrukturu bərpa olunur, beynəlxalq səviyyəli iri müasir hava limanları istismara verilir. Azərbaycan xalqının yaradıcı əməyi bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilər öz həqiqi sahibinə qayıdıb. O, nizam-intizamı bərpa edir, müharibənin yaralarını sağaldır və daha gözəl gələcək qurur”, - o deyib.

Politoloqun fikrincə, Azərbaycanı qarşıda hələ çox işlər gözləyir, çünki üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan qanunsuz silahlı birləşmələrini Qarabağ bölgəsindən çıxarmalı, qanunsuz yaradılmış separatçı administrasiya ləğv edilməli, Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası həyata keçirilməli, bölgədəki nəqliyyat kommunikasiyaları açılmalıdır.

“Ən əsası, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun gələn beş əsas prinsip əsasında sülh müqaviləsi imzalanmalıdır”, - politoloq vurğulayıb.

“Rusiya ekspert birliyi adından Azərbaycan xalqına sülh, tərəqqi, inkişaf, işğaldan azad edilmiş ərazilərin tezliklə bərpa olunmasını və başları üzərində xoşbəxt dinc səma arzulayıram. İnanırıq ki, rəsmi İrəvan ilə Bakı arasında sülh müqaviləsinə alternativ yoxdur. Sülh müqaviləsinin imzalanması diplomatik baxımdan Azərbaycanın Vətən müharibəsindəki şanlı tarixi qələbəsinin yekun təsbiti olacaq”, - İ.Korotçenko fikrini tamamlayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  2. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  3. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  4. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  5. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  6. Xətai rayonunda yaşayış binasında yanğın olub
  7. Bakıda baldız yeznəsini bıçaqlayıb
  8. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  9. 65 yaşlı kişini ilan sancdı
  10. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”