Yaponiya Rusiyaya “sənayeni gücləndirən” malların ixracını qadağan edəcək
- 28-02-2023, 12:49
- Siyasət
Yaponiya hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində “sənaye bazasının möhkəmləndirilməsinə töhfə verən” malların ixracına qadağa qoyacaq.
Bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilib.
Lakin bu tədbirlərin təfərrüatı hələ müəyyən edilməyib.
Yaponiyanın məhsul kateqoriyalarına ixrac qadağası adətən fərdi sanksiyalar və konkret təşkilat və şirkətlərə ixrac məhdudiyyətləri ilə paralel olaraq tətbiq edilir.
Rusiya Federasiyasından 48 nəfər, o cümlədən ümumilikdə 90-dan çox təşkilat yeni məhdudiyyətlərə məruz qalıb.
Rusiya Federasiyasına malların ixracına qoyulan məhdudiyyətlər çox güman ki, dronlara da təsir edəcək.